Bir müddət öncə adı sevgili qalmaqalında hallanan gənc müğənni Aysel Əlizadədən xəbər var.
Mynews.az-ın məlumatına əsasən, ifaçının timsahla çəkdirdiyi şəkli yayılıb.
Sosial şəbəkələrdə müğənninin sözügedən fotosu böyük maraqla qarşılanıb. Hətta bir çoxları ona “Şir ürəyi yemisən” – deyiblər.
Aysel özü isə fotoya “Mən qorxaq deyiləm. Amma indi doğrudan da qorxuram” – qeydini yazıb.
Həmin fotonu diqqətinizə çatdırmazdan öncə xatırladaq ki, bir müddət öncə A.Əlizadənin 45 yaşlı, avtoqaleriya sahibi ilə sevgili olması barədə xəbərlər yayılmışdı.
Müğənni mətbuata açıqlamasında bildirmişdi ki, yayılan xəbərlər əsassızdır:
“Şəxsi həyatımla bağlı yayılan xəbərlər şayiədir. Mən “Porche” markalı avtomobilləri sevirəm. İki il öncə də “Porche” markalı avtomobil idarə edirdim. Avtomobilin yeni modeli gəldiyinə görə yeni “Porche” aldım. Cəmiyyətdə tanınan insanam, sənətçiyəm, çalışıb, qazanıram. Sözügedən avtomobili də özüm almışam”.
bakipost.az-ın yaydığı xəbərə görə, müğənni avtomobil alqı-satqısı ilə məşğul olan, bu sahədə məşhur bir şəxslə münasibətdədir. Həmin şəxsin müğənniyə son model “Porsche” avtomobili və digər bahalı hədiyyələr aldığı, ona görə efirdən uzaqlaşdığı bildirilir. 45 yaşlı, “Yetim” ləqəbi ilə tanınan sözügedən şəxsin adı isə Elçindir.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub