"Həyat yoldaşım məni uşaqlıqdan görüb bəyənib"
Mynews.az bildirir ki, ARB TV-nin "Evgördü" verilişinin qonağı olan xalq artisti Ramiz Əzizbəyli maraqlı açıqlamalar verib.
O, ilk olaraq evinə köçməsindən və həyat yoldaşı ilə tanışlığından bəhs edib:
"1996-cı ildə bu evə köçdüm. 4 il buranın təmiri ilə məşğul oldum. Vaxtım yox idi. Bura köçəndə bəzi adamların ağzı açıq qalmışdı. Amma indi yeni binalar, evlər tikilir. Yoldaşımla qonşu olmuşuq. Uşaqlıqda məni görüb, bəyənib. Universitetdə birlikdə təhsil almışıq".
Daha sonra diplomlarını və fəxri fərmanlarını niyə göz önünə qoymamasının səbəbini açıqlayıb:
"Sevmirəm elə şeyi ortada. Gizlətmişəm hamısını. Qızlarım qoymur həm də. Qızlarım deyir ki, ata, lotuluq eləmə. Mən qoca fikirliyəm. Evimdə ən qədim bu qadındır (red: həyat yoldaşı) əşya dəyişməyi sevmirəm".
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub