"Eurovision-2016"nın ukraynalı qalibi Camalanı Kiyevdə mahnı müsabiqəsinin açılış mərasimində qırmızı xalçaya buraxmayıblar.
Mynews.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə müğənninin meneceri Denis Kozlovski Feysbuk hesabında bildirib.
Onun sözlərinə görə, təşkilatçılar bu addımı tədbirin qaydaları ilə əlaqələndiriblər.
D. Kozlovski həmçinin qeyd edib ki, agentliklərdən biri Camalaya təklif edib ki, Ukraynanın imici üçün "Evurovision"ın açılışından öncəki gecə mərasimə vertolyotla gəlsin: "Daha sonra məlum oldu ki, Kiyev üzərində hər hansı bir uçuşa icazə verilməyib, heç bir məsuliyyətli qurum bundan məlumatlı olmayıb. Əlbəttə, mərasimə avtomobillə getdik. Bizi 20 dəqiqə gözlətdilər, üzr istədilər, amma buraxmadılar".
Qeyd edək ki, "Eurovision-2017"nin yarımfinalı mayın 9-da, finalı isə mayın 13-də keçiriləcək. Ukraynanı bu il "O. Torvald" qrupu təmsil edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub