ARB TV-nin "Türk şou-maqazin" verilişinin qonağı olan türkiyəli aktyor Rüzgar Aksoy maraqlı açıqlamalar verib.
Milli.Az xəbər verir ki, o, "Kara Sevda" serialından və serialdakı rolundan bəhs edib:
"Çəkilişlərə başımız qarışıb. Çox yaxşıdır hər şey. Sezon sonuna kimi davam edəcəyik. Reytinqlər də yaxşıdır. Rejissorumuz da əla insandır. Həftənin 4-5 günü çəkilişlərimiz olur. Son serialar bir az daha həyəcanlı olur. Çəkilişlərdə bir az zədələndim. Onurğa sütunumda yırtıq meydana gəlib. Serialın bitib-bitməməsi barədə danışmaq tezdir. Hekayədən yeni ssenarilər çıxara bilsələr, uzatmaq alınsa, yeni sezonda da ola bilərik. Yeni təkliflər alıram, amma "Kara Sevda" serialında oynayıram deyə, qəbul etmirəm".
Daha sonra aktyor sosial şəbəkələrdən istifadə etməsi ilə bağlı da danışıb:
"Məcburən istifadə edirəm. Bizim işdə lazımlıdır. Amma mən yox, bir nəfər var o, baxır. PR işlərinə həmin adam baxır. Əsasən, mənə serialın sona çatıb-çatmayacağı ilə bağlı suallar ünvanlayırlar. Serial bitsə də, bu sezon bitəcək, çünki sezon sonunda bütün seriallar bitir. Yeni sezona başlayıb-başlamayacağı isə fasilədə müəyyən olunur. 15 iyun-1 iyul aralığında serial bitəcək. Sosial şəbəkələrdə eşq elan edirlər. Amma deyək ki, Ancelina Coli kimi bir qız sənə eşq elan edir, girib şəkilinə baxıb, bəyənsən, onu "screeshot" edib paylaşır. Bu təhlükəlidir. Sevgilim olduğu üçün hesabımı o, idarə edir".
Rüzgar Aksoy sonda Azərbaycan haqda da söhbət açıb:
"İlk növbədə, çox istiqanlısınız. Arada çəkiliş meydançamıza gələnləriniz olur. Elə vaxt olur 5 saat gözləyirsiniz. Hətta bəzilərinizlə oturub çay içib, söhbət etmişdik. Hamınız onlara bənzəyirsinizsə, çox qiymətli insanlarsınız. Buradan sizə salam göndərirəm, öpürəm".
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub