Daha bir azərbaycanlı gənc Türkiyədə evlilik proqramına qatılıb.
Mynews.az-ın məlumatına görə, “Star TV”-də yayımlanan “Zuhal Topalla” izdivac verilişinə qatılan Orxan Ezgi adlı iştirakçıya elçi düşüb.
Orxan peşəkar futbolçu olduğunu, ayağından zədələndiyi üçün futboldan uzaqlaşdığını deyib.
Ezgi 25 yaşlı Orxanın digər azərbaycanlı iştirakçı Əli ilə dost olduğunu öyrənincə, ona marağı artdığını bildirib. Lakin üz-üzə gəldikdən sonra rədd cavabı verib.
“Orxan uzaqdan gəlib. Onunla çay içməyə gedib, vaxtını almaq istəmirəm. Gələn namizədlərim içərisində ən yaraşıqlısıdır. Amma qəlbim isinmədi”, - deyərək bəyənmədiyini bildirib.
Zalda tamaşaçı qismində əyləşən xanımlardan bir neçəsi “Çox bəy əfəndi bir gəncə bənzəyir, niyə bəyənmədin?” deyərək Ezginin bu qərarına etiraz bildiriblər.
Rədd cavabı alan Orxan verilişdə qalıb iştirakını davam etdirmək istədiyini bəyan edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub