Daha əvvəl İngiltərədə yayımlanan qeyri-adi tanışlıq proqramı "Naked Attraction Dating" bu dəfə Almaniyada başlayıb.
Mynews.az xarici KİV-ə istinadən məlumatına görə, mayın 8-dən RTL2-nin efirində start götürən proqramda dost və partnyor axtaran namizədlər tamamilə çılpaq şəkildə ekrana çıxırlar. Bir-birlərini çılpaq görən tərəflər bu şəkildə də tanışlığa davam edirlər.
Proqramda iştirak edənlər arasına Türkiyə mediasının diqqətinin çəkən türk qızı Sibeldir. O, da özünə partnyor axtarır.
Qeyd edək ki, İngiltərədəki proqram yayımlandıqdan sonra media sahəsinin tənqidçiləri verilişi "Gəlmiş-keçmiş ən pis proqram" adlandırıblar. Tvitterdə minlərlə izləyici "Naked Attraction"ı boykot edib. İngiltərənin ali televiziya qurumu olan "Ofcom" 24 saat ərzində dayanmadan şikayət qəbul edib. "MediaWatch UK" adlı təşkilat isə "Bu proqram televiziya tarixində baş verən ən pis hadisədir" şəklində açıqlama verib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub