Aparıcılar Ülvira Qarayeva və Yeganə Cansail bir müddət əvvəl sosial şəbəkədə bir-birinin ünvanına tənqidlər yazmışdı.
Mynews.az Axşam.az-a istinadən verdiyi məlumatına görə, yayımı dayandırlan “Ferma” verilişinin aparıcıları arasındakı qalmaqalın səbəbi bəlli olmasa da, Yeganə qarşı tərəfi “Ayağıağır” adlandırmışdı. O, hətta Ü.Qarayevanın proqrama gəlməsini qınamışdı.
Bu yaxınlarda isə ARB TV-də “Yarımada” adlı yeni realiti-şounun başlayacağının anonsu yayımlanıb. Anonsdan bəlli olub ki, Ülvira və Yeganə bu layihədə də birlikdə aparıcılıq edəcəklər.
Onların bu addımı isə “Yeni layihənin piarı üçün süni qalmaqal yaratdılar” söz-söhbətlərini gündəmə gətirib.
Y.Cansail isə bu iddiaları rədd edərək, hələ də Ü.Qarayeva ilə danışmadığını deyib. O bildirib ki, həmkarının niyyəti tək aparıcılıq etməkdir:
“Ferma” verilişinə yeni gələndə çox yaxşı yola gedirdik. Ancaq yeni layihədə bu xanım 180 dərəcə dəyişdi. Verilişi tək aparmaq eşqinə düşüb. Bu, ona qismət olmayacaq. Aramızda intriqa yaranıb, danışmırıq. Layihəni onunla bir yox, ayrı aparacam. Belə hallar televiziyada çox olur. Proqramı tək aparmaq istəyi onun boğazında qalar".
Ü.Qarayeva isə layihəni Y.Cansaillə birlikdə aparacağından xəbərsiz olduğunu söyləyib:
"Onun layihədə olacağından xəbərsizəm. Mənim üçün olmasının da bir önəmi yoxdur. Mən divlərlə çalışmışam”.
Qeyd edək ki, "Yarımada" mayın 15-dən yayımlanmağa başlayacaq.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub