Ötən gün müğənni Elnarə Xəlilova əməkdar artist Azərinin TRT Avaz telekanalında efirə gedən "Azərinlə tək ürək" proqramında qonaq olub.
Mynews.az-ın məlumatına görə, azərbaycanlı müğənni ilə yanaşı türkiyəli səs sənətçisi Adile Kurt Karatepe də proqramda iştirak edib. TRT Avazın Azərbaycan siması olan Elnarə yaradıcılığından danışıb. O, sevilən mahnıları ifa edib.
"Azərinlə tək ürək"də maraqlı anlar da yaşanıb. Azərin dörd uşaq anası olan Elnarənin övladlarından bəhs edib. Aparıcı onun sənəti ilə yanaşı qayğıkeş ana olmasından danışıb. Elnarənin övladlarının adları isə maraqlı qarşılanıb. Proqramdan sonra azərbaycanlı sənətçisinin övladlarına qoyduğu qədim türk adları türkiyəli izləyicilərin marağına səbəb olub. Onlar sosial şəbəkələrdə "Azəri sənətçinin türk adlı evlatları" başlığı ilə bu barədə fikirlərini bölüşüblər.
Xatırladaq ki, teleaparıcı Rövşən Cahangirovla ailəli olan Elnarənin Bura Xatun adlı qızı, Tuğər, Öndər və Ərtuğrul adlı oğlan övladları var.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub