İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbsdən yeni çıxan dostu Vüqar Bəkirov bir sıra gizli məqamların üstünü açıb.
O, Orxanı dələduzluqda, pullarını oğurlamaqda ittiham edib. Vüqar dostu Orxandan 75 min manatı qaytarmağı tələb edib. Əks təqdirdə isə bütün sirrlərin üstünü açacağını söyləyib:
"Orxan Nadirov mənimlə iş qurmaq istədi. Mənə bir tədbirdə iştirak etmək üçün rusiyalı müğənni Ani Lorakı gətirmək tapşırıldı. Mən isə buna imkanım olmadığını bildirdim. Sonra isə Orxan məni özünü "Merac Holding"in rəhbəri kimi tanıdan Səbuhi Əmrə ilə tanış etdi. Sonra isə məlum oldu ki, həmin şəxs Beyləqandan imiş. Həmin şəxs sonradan həbs olundu.
Orxan və dostu Orxan Xəlilov məndən birinci 24 min, sonra isə 35 min manat pul aldılar. Onlar vəzifəli şəxslər, onların qohumları ilə əlbirdirlər. Prokurorluğun əməkdaşı Cəfər, Xanım Məhərrəmova adlı bir xanım özünü nazirin qohumu adlandırıb camaatdan pul yığır".
V.Bəkirov bildirib ki, hazırda Binəqədi rayon polis şöbəsində iş gedir. Amma buna baxmayaraq
əsl cinayətkarlar azadlıqda gəzir:
"1 il 2 ay həbsdə qaldım, bu iş araşdırılmır, çünki burda hansısa vəzifəli şəxsin adı hallanır.
Daxili İşlər Nazirliyinin qabağında özümü yandıracam. Çünki məni yenidən həbsə göndərmək istəyirlər. Bütün faktlar, əlimdəki səsyazmalar, hamısı gizlədilir. Həyatım təhlükədədir".
Qeyd edək ki, V.Bəkirov bu haqda lent.az-ın canlı yayımında sualları cavablandırarkən deyib.
BIG.AZ