"Ülvira özünü güclə camaata sırıyır..." Aparıcılar bir-birinə nələr dedi nələr

681
"Ülvira özünü güclə camaata sırıyır..." Aparıcılar bir-birinə nələr dedi nələr

ARB TV-nin aparıcıları Ülvira Qarayeva və Yeganə Cansail bir müddət əvvəl sosial şəbəkədə bir-birilərinin ünvanına sərt tənqidlər yazmışdılar.

Mynews.az
xəbər verir ki, yayımı dayandırlan “Ferma” verilişinin aparıcılarından olan Yeganə qarşı tərəfi “ayağıağır” adlandırmışdı. Bundan sonra tərəflər arasında qalmaqal böyümüşdü. Yeni layihə olan "Yarımada" verilişinin anonslarında Ülvira Qarayevanın tək görüntülənməsi isə müzakirələrə səbəb olub. 

Ölkə.az-a açıqlama verən Ülvira Qarayeva bildirib ki, o, sadəcə öz işini görür: "Ümumiyyətlə, onunla maraqlanmamışam. Bilmirəm o kimdir, haradadır. Özü üçün danışır da. Onun haqqında danışmaq istəmirəm".

Daha sonra aparıcı yeni veriliş haqda da qısa olaraq məlumat verib: "Yeni veriliş çox gözəldir. Hər şey yaxşı olacaq. Bir məsələni diqqətinizə çatdırım. Verilişimizdə bir evli cütlüyümüz var. 2-3 ay sonra uşaqları olacaq. İstəyirlər ki, uşaqları da burada böyüsün. Ən maraqlısı da onları izləmək olacaq. Digər iştirakçılarımız da çox yaxşıdır". 

Yeganə Cansail isə bildirib ki, yeni layihədə o da yer alacaq: "Bu layihəni tək aparmaq Ülviranın boğazında qalar. İkimiz aparacağıq. Anonslarda olmamağım o demək deyil ki, verilişdə olmayacam. Ayın 15-i möhtəşəm geri dönüş edəcəm. Ülvira illərdir veriliş aparsa da, onu reytinq cədvəlində yüksəklərdə görə bilmədik. Faktlarla ona sübut edə bilərəm. Bizi müqayisə etmək istəyən olsa, sosial şəbəkələrdə mənim və Ülviranın şəkillərin altına verilişlə bağlı yazılan şərhlərdə də görə bilər. Tamaşaçı bu adamı qəbul etmir. Özünü tamaşaçıya güclə sırıması mənə gülməli gəlir. Ülvira mənə "uşaq və "cocuq" kimi sözlər dedi, buna cavab olaraq bildirmək istəyirəm ki, artıq tamaşaçı efirdə gənc simalar görmək istəyir. Onun qatarı çoxdan gedib. Onunla məcburam eyni layihədə olmağa. Tamaşaçı aparıcı kimi məni görmək istəyir. Mən də rayonda yaşamıram, o, yaşayır. Ayda 2 dəfə rayona getdiyim üçün onun bəxti gətirdi. Ülvira deyir ki, mən əjdahalarla işləmişəm. Amma təəssüflər olsun ki, əjdahalardan bir şey götürməyib, kölgələrində qalıb".

Xəbər lenti