Müğənni Ayan Babakişiyeva. Bu ad hər bir kəsə tanışdır. Bəstəkar Elçin İmanov ilə ərsəyə gətirdiyi iş ilə birdən-birə sevilməyə başladı. Tez bir zamanda Xanım İsmayılqızı, Baba Vəziroğlu ilə gördüyü işlər onu məşhurluq zirvəsinə yüksəltdi. Ayan telekanalların axtarılan siması oldu.
Belə ki, telekanallarda elə bir veriliş yox idi ki, orada Ayan qonaq olmasın.
Daha sonra isə müğənni gündəmə Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü Füzuli Musayev ilə eşq həyatı yaşaması ilə gəldi. Onların bu münasibətdən 2014-cü ilin martın 1-də qız övladı dünyaya gəlib.
Elə həmin ərəfədən etibarən sənətçi bir çox televiziyalarda qara siyahıya düşməyə başladı.
Görünür, sənətçi nəinki televiziya proqramlarında, hətta toy və şou proqramlardanda az-az görünməyə başladı.
Bir müddətdən sonra isə Ayan Babakişiyeva Füzuli Musayev barəsində açıqlama verib, boşanması ilə bağlı sənədin fotosunu yayımladı:
“Səhv edən də, aldanan da mənəm. Çünki gəncəm, 52 yaşında bir insanın 7 illik münasibəti səhv adlandırması nə dərəcəsə düzgündür? Füzuli Musayev əlində məhkəmənin boşanma qərarı ilə yanıma gəldi və mənə evlənmək təklif etdi. Mən övladımı mənimlə evlənmək iddiasında olan, subay kişidən dünyaya gətirmişəm. Bu gün ayılıb məni və yeni dünyaya gələn körpəsini səhv adlandırırsa, bu onun həyat tərzidir. O insan Azərbaycan kişisinə, dövlət məmuruna yaraşmayan hərəkəti, xarakteri ortaya qoydu. Bu açıqlamanı o zərurətdən edirəm ki, mən övladımı evli kişidən dünyaya gətirməmişəm. Amma çox gülməlidir ki, o səhvini uşaq doğulandan sonra başa düşdü. Xoşbəxtəm ki, artıq belə bir insan övladımın və mənim həyatımda yoxdur. İctimaiyyət qarşısında məndən və övladımdan imtina edən insan bizə lazım deyil. Mən iradəmlə ayaqda durmağı bacaracam. Ən əsası isə dövlətimin qanunlarına arxalanıram”.
Bu sənədin mediada işıqlanmasından sonra müğənnii məmur sevgilisi tərəfindən təqib edilməyə başlayır. İdmançılar tərəfindən hər gün evinə basqın edilən Ayan Babakişiyeva bununla bağlı Füzuli Musayevin tabe olduğu qurumlara müraciət edərək kömək istəyib.
Amma müvəqqəti sakitləşmədən sonra hücumlar davam etdiyindən gənc xanım qorxusundan Vətəni tərk etmək qərarına gəlir. Ayan ailəsi ilə birgə yaxın zamanlarda Türkiyəyə köçərək, orada restoran biznesi quracağını da heç kəsdən gizlətmir.
Çox keçmir ki, müğənninin Bakıdan getdiyi barədə xəbər yayılır. Bundan sonra o, bağını satır və Türkiyənin İstanbul şəhərində iki - biri özü, digəri qardaşı Samir üçün ev alır.
Bir müddət öncə isə müğənni Xətai rayonunda yerləşən 3 otaqlı mənzilini, içərisində olan bütün əşyaları ilə birgə satışa çıxardır.
Hazırda Türkiyədə yaşayan sənətçi arabir Bakıya gəlsə də, bunu çox ehtiyatla etməyə çalışır.