Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda modellərə fahişə kimi baxırlar? - ARAŞDIRMA

Ay uzunsaç, qaragöz, ağılsız kuklam mənim...

Mövzumuza bəstəkar Ağabacı Rzayevaya aid olan məşhur “Kukla” mahnısının “improvizə” edilmiş formada təqdim etməklə başlamaqda məqsədimiz var.

Bəli, mövzumuz gözəl modellər haqqındadır. Bir çoxlarının ciddiyə almadığı, onlara yüngül yanaşdığı podium gözəllərindən danışacağıq.

Bugünlərdə model kimi fəaliyyət göstərən Əfsanə Qasımova maraqlı açıqlama verib.
“Miss Azərbaycan” gözəllik yarışmasının qalibi olan xanım “Azərbaycanda modellərə fahişə kimi baxırlar” - deyib. Əlavə edib ki, məhz buna görə modellik sənətindən uzaqlaşıb.

Xanımın bu sözləri üzərində düşünməyə dəyər. Əslində, nə məsələdirsə, bu yanaşma demək olar ki hətta dünyanın ən inkişaf etmiş ölkələrində də var. 
Görəsən, doğrudanmı dəb jurnallarının üz qabığını və podiumları bəzəyən modellərin beyni boş, ayağı isə sürüşgəndir? Niyə gözəllikləri ilə gözqamaşdıran qızları heç kim ciddi qəbul etmir, ancaq əyləncə, hətta nə qədər kobud səslənsə də, həzz obyekti kimi yanaşır? Niyə axı, insanların bu düşüncəsi illər keçsə də, dəyişməz olaraq qalır?

Dünya praktikasına nəzər saldıqda, doğrudan da əksər modellər anlayır ki, cavanlıq və məşhurluq müvəqqətidir. Bunu vaxtında başa düşənlər isə gələcəyini sığortalamaq üçün təhsil almağa üstünlük verir, daha ciddi peşəyə yiyələnirlər. 

Vacib məqam odur ki, dünyada model olmaq istəyən xanımlar kifayət qədər ciddi statusa malikdirlər. Amma nə fayda, uzun ayaqlı, qız görənlər düşünür ki, əgər bir qız modeldirsə, ağlı topuğundadır. Onu rahatlıqla yoldan çıxarıb, yatağa salmaq olar...
Bu, məsələnin bir tərəfi. Digər məqam isə dünyada modellərin gizli formada xüsusi şirkətlər hesabına fahişəliyə cəlb olunması məqamı da var. Bu da heç kimə sirr deyil. Məhz buna görə də kütlə psixologiyasına belə bir fikir formalaşıb ki, modelsənsə, mütləq əxlaqsızlıqla məşğulsan.

Məsələ ilə bağlı mövqeyini psixoloq Rəşad Rəhimbəyli bildirir. O, BiG.AZ-a açıqlamasında bu problemin səbəblərini aydınlaşdırır:

“Bu problem bir çox ölkələrdə mövcuddur. Yəni xarici xəbərlərdə əksəriyyət modellərin gizli formada, xüsusi şirkətlərin hesabına fahişəliklə məşğul olması haqqında xəbərləri tez-tez oxuyuruq. Bilirik ki, daha varlı, imkanlı insanlar model xanımlardan seksual xarakterli məqsədlərdə istifadə edir. Bu da istər-istəməz, insanlarda, kütlədə modellərlə bağlı yanlış fikir fomalaşdırır. Onu da deyim ki, bunun əksini də görürük. Təbii ki, vaxtilə modellik fəaliyyəti göstərib, daha sonra siyasətçi olan, cəmiyyətdə faydalı işlər görən, heç də o cür həyat yaşamadığını sübut edən xanımlar da az deyil. Model qızlarla münasibətə can atmaq isə psixoloji problemin göstəricisi deyil, kütlə psixologiyasına aid olan nümunədir. Yəni modellər haqqında bu cür piar aparılması insanlarda yanlış düşüncələrə səbəb olur. Olur ki, modelliyə meyl edən bəzi xanımlar da bu halı öz “məqsəd”ləri üçün istifadə edirlər. Hətta bunu etiraf edən modellər də az deyil. Təbii ki, patriarxal cəmiyyətlərdə kişilər öz statuslarını müxtəlif yollarla sübut etməkdə modellərdən piar üçün istifadə edirlər. Bu, onlara bir növ nüfuz gətirir. Yəni belə qadınlarla münasibət quran kişilərin natamamlıq kompleksi yaşadığını da müəyyən mənada demək olar. Cəmiyyətdə kifayət qədər nüfuzlu, doğru şəxsiyyət olan insanlar da bəzən modellərlə münasibətə girirlər. Bu da gözəllikdən həzz almaq duyğusu ilə bağlıdır”.

“Miss Azerbaijan 2017” Milli Gözəllik Müsabiqəsinin finalçısı Gülnar İsayeva da mövzu ilə bağlı danışır:

“Əfsuslar olsun ki, bizdə modellərə münasibət doğrudan da, birmənalı deyil. Çox təəssüf hissi ilə vurğulamaq istəyirəm ki, ölkəmizdə bu sahə hələ də tam olaraq istənilən formada inkişaf etməyib. Modelliyi mentalitet, mill adət-ənənələr baxımından kütlə qəbul etmək istəmir. Təsəvvür edin ki, biz modellər hər hansı bir SPA mərkəzlərində çıxış üçün təklif alanda, əksəriyyətimizin ilk sualı: “Çəkiliş çimərlik geyimində olacaq?” - olur. Çünki heç birimiz qınaq obyektinə çevrilmək istəmirik. İnsanlar fərqli olduğu kimi, fikirlər də fərqlidir. Təbii ki, mən hər kəsin firinə hörmətlə yanaşıram”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...