Bu gün Səbail rayon məhkəməsində Azərbaycanda fəaliyyət göstərən bir neçə media qurumunun saytının bloklanması üçün məhkəməyə prosesi yekunlaşıb.
Mynews.az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə qətnamə qəbul edilib və Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi "Azadlıq” qəzetinin azadlıq.info, "Azadlıq Radiosu”nun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarını və "Turan” telekanalı (Turan TV) və "Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı müraciəti qismən təmin edilib və ölkə ərazisində saytlara giriş qadağan edilib.
Nazirliyin müraciətindəki ikinci tələb, yəni bu saytlar sonradan başqa adla fəaliyyət göstərərlərsə, onların da bloklanması tələbi təmin edilməyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub