“Eurovision - 2017”-nin İslandiya təmsilçisi Svala Berqvinsdouttir öz ölkəsində həbs oluna bilər.
Mynews.az-ın Axşam.az-a istinadən məlumatına görə, buna səbəb müğənninin müsabiqənin açılışı zamanı öz ölkəsinin bayrağı ilə düzgün rəftar etməməsidir.
İslandiya qanunlarına görə isə ölkə rəmzlərinə xələl gətirmək həbslə nəticələnir.
Xüsusən, bayrağa aid bölmədə deyilir ki, onun üzərində şəkil çəkmək və ya yazı yazmaq qətiyyən olmaz. Bundan başqa, bayraq yalnız bayraq dirəyinin köməyilə havada qala bilər.
Müğənnin iki qanun pozuntusuna yol verməsi ölkə əhalisinin narazılığına səbəb olub. İfaçı ölkəsinə qayıtdıqdan sonra bir il müddətinə azadlıqdan məhrum oluna bilər.
Qeyd edək ki, S.Berqvinsdouttir bir vaxtlar “Eurovision”da iştirak etmiş məşhur sənətçi Borqvina Xoldotsonun qızıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub