Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin maraqlı videosu yayılıb.
Mynews.az BAKU.WS-ə istinadla xəbər verir ki, videonu aktrisa “Instagram” səhifəsində paylaşıb. Nəsrin Cavadzadənin “Striptiz” rəqsi izləyiciləri tərəfindən bəyənilib. Aktrisa bu video ilə yeni oynayacağı səhnənin anonsunu verib. Bu tamaşa isə “Ucuz həyəcanlar” adlanır.
Məlumat üçün bildirək ki, Nəsrin Cavadzadə 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçərək orada yaşamağa başlayıb.
O, Mərmərə Universiteti Kino və Televiziya fakültəsinin məzunudur. 2007-də Türkiyənin ATV televiziyasının “Yersiz-yurdsuz” adlı serialında, Hüseyn Qarabəyin “Getmək: Mənim Marlon və Brandom” və Camal Şanın “Dilbərin səkkiz günü” adlı filmlərində rol alıb. 2014-cü ildə çəkildiyi “Quzu” adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının “Ən yaxşı qadın aktrisa” mükafatına layiq görülüb.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub