Xalq artisti Faiq Ağayev şou-biznesdəki saxta dostluqlardan danışıb.
Mynews.az-ın məlumatına görə, müğənni "Lider maqazin"ə açıqlamasında bildirib ki, bu aləmdə sevmədiyi insanlar çoxdur:
"Bizim aləm həqiqət yox, nağıldır. Yalançı dostluqlar, münasibətlər, düşmənçiliklər, qalmaqal, mehribanlıq çoxdur. Qəlbə dəymək asandır, yetər ki insan etiraf etsin. Kimsə deyəndə çox dostum var, ona şübhə ilə yanaşıram. Bu aləmdə elə insanlar var ki, onlara arxayın olmaq olar. Adlarını dilə gətirməyəcəyəm ki, göz dəyər. Xoşlamadıqlarım da var, amma onların varlığı məni narahat etmir. Hər zaman çalışmışam ki, bu aləmdə küsülü insanları barışdırım. 1990-larda indiki kimi asan deyildi, Aygün Kazımova kinolentə klip çəkdi. Ancaq mənə bu qıcıq vermədi. Əksinə mən də konsertlərlə onu keçməyə çalışdım. Həmkarlarımın uğuruna sevinirəm. Məndə olan Aygündə, Aygündə olan məndə yoxdur. İnsanı həyatından silmək üçün ən yaxşı yol onu bağışlamaqdır" (Axşam.az).
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub