Bir neçə gün öncə Türkiyədə “İstinye Park”da fransız restoranının açılışı zamanı dava düşüb.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Hurriyet yazır. Məlumata görə, açılış mərasiminə qatılanlar arasında aktrisa Nur Fettahoğlu ve əri Levent Veziroğlu da olub. Bundan başqa, açılışda məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimov da iştirak edib.
Əyləncəylə başlayan gecə xoşagəlməz şəkildə bitib. Qəzet yazır ki, Veziroğlu ilə Mənsimov arasında səbəbi bilinməyən gərginlik yaşanıb. Getdikcə mübahisə böyüyüb və qonaqların bir-birinə stəkan atmağı ilə sonlanıb. Qeyd edilir ki, davanı sakitləşdirmək üçün hətta araya digər qonaqlar giriblər. Bundan sonra hər iki məşhur mərasimi tərk edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub