Hazırda bütün dünya dünən “Eurovision 2017” beynəlxalq mahnı müsabiqəsinin finalında səhnəyə çıxaraq, şalvarını aşağı çəkib, arxasını göstərən qalmqallı ukraynalı jurnalist Vitali Sedyukdan danışır.
BiG.AZ oxucularına həmin gəncin kimliyi ilə bağlı maraqlı faktlarla zəngin material təqdim edirik:
Öncə onu deyək ki, sən demə, pranker Sedyuk hər hansı bir tədbirdə istənilən məşhura yaxınlaşaraq, etdiyi gözlənilməz zarafatlarıyla məşhurdur. Yəni onun bioqrafiyası çox sayda qalmaqallarla zəngindir.
Keyt Midiltona evlilik təklifi
Vitalinin ilk çıxardığı hoqqa şahzadə Uilyamla Keyt Midiltonun nikah mərasimi zamanı olub. Canlı yayıma düşmək ona müyəssər olmadığı üçün evlilik təklifini efirdən canlı yayım vasitəsilə edib.
Madonna üçün çiçəklər
2011-ci il Fenesiya Film Festivalında Vitali Sedyuk Madonnaya hortenziya gülü vermişdi. Müğənni isə ikrah hissini gizlətmədən gülü stoldan kənara itələyərək, auditoriyaya müraciətlə hortenziya gülünü sevmədiyini bildirmişdi. Bu yeganə hadisədir ki, hamı Sedyukun tərəfini saxlamış, Madonnanı isə həddən artıq kobud saymışdılar.
Uill Smitin dodağından öpdüyü an...
2012-ci ildə “Men in black 3” filminin təqdimatında Sedyuk Uill Smitə yaxınlaşaraq, “Mən sizin fanatınızam. Olar, sizi qucaqlayım?” – deyə soruşub. Aktyor başı ilə “hə” hərəkətini edəndən sonra Vitali onu qəfil qucaqlayaraq, dodaqlarından öpmək istəyib. Çaş-baş qalan aktyor isə jurnalistə şillə çəkərək, “Nə baş verir? Deyəsən, sənin psixoloji problemlərin var?” - deyib.
“Grammy”də Adelin yerinə səhnəyə çıxdı
Vitali Sedyuk növbəti prankını 2013-cü ildə “Grammy” mükafatının təqdimat mərasimində edib.
“Çalışdığım 1+1 telekanalı “Grammy” mükafatının təqdimatında iştirak üçün akkreditasiyadan keçməmişdi. Mən də qərara gəldim ki, hazır dostlarla əlimizdə bilet varkən, tamaşaçı qismində iştirak edək. Məkana düşəndən donra özüm də bilmədən digər jurnalistlər kimi müsahibələr almağa başladım. Sonra səhnə arxasına keçməyə müyəssər oldum və buna görə məndən heç kim bilet tələb etmədi. Səhnəyə çox yaxın idim. Ora çıxmaq ideyası ağlıma qəfil gəldi. Adel mənim sevimli ifaçımdır, onun adını eşidən kimi səhnəyə qalxıb, ona yaxınlaşıb, nəsə demək istədim. Səhnəyə qalxıb, özümü elə apardım ki, sanki indicə mükafat almışam, ardınca da dedim: “Adel, etdiklərin üçün çox sağ ol. Sən mənim ilham mənbəyimsən!” – deyə, Vitali həmin hadisəni xatırlayır.
Həmin vaxt insidentə Cennifer Lopez müdaxilə edir və Vitalinin səhnədən geri itələyir. Ardınca da mühafizəçilər jurnalisti oradan uzaqlaşdırırlar. Deyir ki, daha sonra onu dindirlməyə çağırıblar. Çalışdığı telekanal ona yaxşı vəkil tutub, Vitali də həbsə düşməkdən qurtula bilib. Ona yalnız 3 ay hər hansı bir konsert keçirilən məkana yaxınlaşmağı qadağan ediblər. Serdyuk əvvəlcə buna əməl edib, sonradan isə yenidən köhnə əməllərinə qayıdıb.
Başı Bredli Kuperin qasığında...
O, 2014-cü ildə ABŞ Kinoaktyorlar Gildiyasının qırmızı xalısında gözlənilmədən Bredli Kuperin üzərinə cumub. Daha sonra aktyorun qarşısında diz çökərək, üzünü onun qasığına yapışdırıb. Bredli isə buna ucadan gülüb, Vitali onun qulağına nəsə deyərək, oradan uzaqlaşıb.
Leonardo DiKaprinonun qarşısında diz çöküb və...
Sedyuk eyni hərəkəti Leonardo DiKaprioya da edib. Qaçaraq, ona yaxınlaşıbŞ qarşısında diz çökərək, üzünü onunqasığına yapışdırıb.
Bred Pittə hücum
2014-cü ildə Hollivudun ən yaraşıqlısı Bred Pittə “Malefisenta” filminin premyerası zamanı qəfil hücum edən Vitali Sedyuka məhkəmə qərarına əsasən, ulduzlara 460 metrdən artıq yaxınlaşamaq qadağan edilib. Ona həmçinin Los-Ancelesdə və Hollivudda keçirilən bu kimi dəbdəbəli mərasimlərdə görünmək yasaqlandı. Prankerə həm də 20 gün ictimai yerlərdə iş görmək cəzası kəsildi. Üstəlik, 3 il ərzində psixoloq getmək göstərişi verildi. Lakin bütün bunların heç bir faydası olmadı.
Miranda Kerri öpmək istədi
Bu hadisə 2015-ci ildə super model Miranda Kerr Parisdə kameralara poz verən zaman baş verdi. “Louis Vuitton” brendinin nümayişi zamanı arxadan Mirandaya yaxınlaşan Vitali onu öpməyə cəhd etmişdi.
Kim Kardaşyanın arxasından öpüb
2016-cı ildə Parisdə keçirilən moda həftəsində Vitalıi Serdyuk qərara gəlib ki, erməni əsilli ulduz Kim Kardaşyanın yançağını öpsün. O, buna qismən nail olub. Onu da əlavə edək ki, Vitali bu hərəkəti Kimə və anası Kris Cennerə qarşı daha əvvəllər də təkrarlayıbmış.
Cicci Hadidi qucağına aldı
2016-ci ildə Vitali Serdyuk küçədə gözləyib, Cicci Hadid “Max Mara” brendinin nümayişindən çıxsın ki, onu qucaqlayıb, öpsün. Həmin vaxt Cicci və Bella Hadid bacıları öz limuzinlərinə tərəf gedərkən, Vitali arxadan Cicciyə yaxınlaşaraq, onu qucağına alıb. Qorxuya düşən Cicci Vitalinin üz-gözünü cırmaq-cırmaq edib. Bununla hirsi soyumayan Cicci qaçan Vitalinin arxasınca düşüb, ürəyi soyumayıb, mühafizəçilərinə onu tutmaq göstərişi verib.
Vitali Sedyuk özü isə əməllərinə belə ad verir:
“Məqsədim məşhurların fərqli durumlara düşəndə emosional hallarını insanlara göstərmək, bununla da onları əyləndimiş olmaqdır. Mən dəli deyiləm, sadəcə, başqalarından fərqli düşünürəm”.
Bu da ötən gün “Eurovision 2017”-də qalmqallı hərəkəti ilə yadda qalan jurnalist. Ümid edirik ki, bu yazı oxucularımız üçün faydalı oldu.