Xəbər verdiyimiz kimi, dünyanın ən böyük musiqi yarışması “Eurovision”ın 62-ci mövsümü Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutub.
Mynews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, təmsilçimiz Diana Hacıyevanın (Dihaj) çıxışını cəmi 17 ölkə (münsif və tamaşaçı səsverməsi daxil) bəyənib.
Formata uyğun olaraq münsiflərin verdiyi ballar elan edilib, lakin tamaşaçı səsverməsi gizli keçirilib. Açıqlanan siyahıdan məlum olur ki, Dihajın ifasını yalnız gürcülər bəyənib. Belə ki, gürcü jürilər ona 10, tamaşaçı isə 12 bal verib.
Səsvermənin nəticələri:
Portuqaliya: Münsiflər – 12/ Tamaşaçı səsverməsi – 0
Bolqarıstan: Münsiflər – 5/ Tamaşaçı səsverməsi – 0
Belçika: Münsiflər – 4/ Tamaşaçı səsverməsi – 0
Moldova: Münsiflər – 5/ Tamaşaçı səsverməsi – 10
İtaliya: Münsiflər – 12/ Tamaşaçı səsverməsi – 0
Macarıstan: Münsiflər – 4/ Tamaşaçı səsverməsi – 0
Yunanıstan: Münsiflər – 10/ Tamaşaçı səsverməsi – 0
Kipr: Münsiflər – 1/ Tamaşaçı səsverməsi – 0
Polşa: Münsiflər – 1/ Tamaşaçı səsverməsi – 0
Ukrayna: Münsiflər – 6/ Tamaşaçı səsverməsi – 0
Albaniya: Münsiflər – 2/ Tamaşaçı səsverməsi – 0
Çexiya: Münsiflər – 0/ Tamaşaçı səsverməsi – 10
Gürcüstan: Münsiflər – 10/ Tamaşaçı səsverməsi – 12
İrlandiya: Münsiflər – 1/ Tamaşaçı səsverməsi – 0
Monteneqro: Münsiflər – 0/ Tamaşaçı səsverməsi – 5
Sloveniya: Münsiflər – 0/ Tamaşaçı səsverməsi – 4
San Marino: Münsiflər – 5/ Tamaşaçı səsverməsi – 1
Yarışmada iştirak edən 29 ölkə isə Dihajın ifasını bəyənməyib, sıfır bal yollayıb. Buna Azərbaycanın daim yüksək bal verən Malta, Belarus, Xorvatiya, Serbiya və s. ölkələr daxildir.
Xatırladaq ki, Azərbaycan 8 balı Portuqaliyaya, 10 balı Moldovaya, 12 balı isə Belarusa verib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub