“Mən həyatdan niyə bezməliyəm ki? Dünyanın ən bəxtəvər qadınıyam. Bezmişəm, ölmək istəyirəm, bilmirəm daha nələr. Bu nə yalan sözlərdir? Bu işıqlı dünyadan niyə bezim ki?”
Mynews.az xəbər verir ki, bu sözləri BiG.AZ-a açıqlamasında mətbuatda özü haqqında yayımlanan yalan “Bu dəqiqə ölmək istəyirəm. Darıxıram, çox darıxıram” - xəbərinə münasibət bildirərkən, əməkdar artist Zöhrə Abdullayeva deyib.
Sənətçi deyib ki, “ATV maqazin 10larla” ondan müsahibə alıb:
“Mən də dedim ki, Şuşanı görmək istəyirəm. Əzizlərimi, dünyadan getmişlərimi görmək istəyirəm. Bilsəm ki, atamı-anamı görəcəyəm, bu dəqiqə ölərəm. Dünyadan köçmüş sənətçilərimiz üçün darıxıram. Adam bilə ki, o dünyanı görəcək, vallah, ölər. Niyə yalandan şişirdirlər, şou yaradırlar? O yaşda deyiləm ki, məndən şou yaradırlar. Bundan sonra jurnalistlərlə qurtardım. Hamısı dostum idi, amma bu olaydan sonra artıq son açıqlamamdır”.
Xatırladaq ki, mətbuatda “Zöhrə Abdullayeva intihar edə bilər” bağlı yanlış xəbər yayılıb.
Xəbərdə deyilir: “Bu dəqiqə ölmək istəyirəm. Həyatı anlayanda, həyatdan köçür insan. Darıxıram, çox darıxıram. Arzum odur ki, oğlumun canı sağ olsun. Tək istəyim budur. İllər keçdikcə insan müdrikləşir.
Səhnəni sevirəm. İllərimi vermişəm incəsənətə. Nə qədər tələbat var, o qədər də sənətdəyəm. Bir gün insanlar məni görmək istəməsələr, görsəm ki, tələbat yoxdur, özüm səhnədən gedərəm. Həyatım boyu doğru olub, düz danışmışam. Səsimi Allah verib, o da ala bilər”.