ARB TV-nin "Evgördü" verilişi bu dəfə tanınmış aktyor Allahverdi Yolçuyevin evinə qonaq olub.
Mynews.az xəbər verir ki, verilişdə tanınmış aktyorun sənət dostları da iştirak edib.
Allahverdi Yolçuyev bildirib ki, sənət aləmində olan hamı onun dostudur:
"Hamı ilə yola gedirəm. Çalışıram ki, kiminsə xətrinə dəyməyim, ağır söz deməyim. Qapım hər kəsə açıq olub. Qonaq evin çırağıdır. Qonaqsız ev xarabaya bənzəyir. Yola gedən insanam. Qonaq gələndə əlidolu gələr, indi durub yalandan deyim ki, heç nə lazım deyil. Əlbəttə, əlidolu gəlmək lazımdır. (gülür) Onların ürəyi zəngindir. Çox yaxşı insannlardır".
Qorxmaz Əlili isə söyləyib ki, aktyorluqda və digər peşə sahələrində məktəb keçmək önəmlidir:
"Peşəkarlaşmaq üçün məktəb vacibdir. İndi təklif gəlsə, mən qəbul edə bilmərəm. Müasir aktyorlarla oynaya bilmərəm, onlar peşəkardır, mən qeyri-peşəkar. Baxır kimlə oynuyursan. Alınmır onlarla. Görəcəm ki, mən o ansambla girmirəm. Çıxıb efirlərdə deyirlər ki, biz xoşbəxtik ki, məktəbimiz yoxdur və məktəb qurtaran artistlər kimi bədbəxt deyilik. Sən və mən bədbəxtəm. Çünki biz oxumuşuq".
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub