Müğənni Nadir Qafarzadə sosial şəbəkədə xalqı təhqir edib.
Mynews.az xəbər verir ki, müğənni “Instagram”da onu tənqid edən şəxslərə verdiyi cavabda təhqiramiz ifadələrdən istifadə edib:
“Bədbəxt “insanlar”, görəsən, Allahın sizdən xəbəri var? Cahillər, gedin qeyrətinizə sahib çıxın. Ərəblər qız və gəlinlərinizi əlinizdən alıb kef çəkirlər, gedin onların dərdini çəkin”.
Müğənni sosial şəbəkədə yazdığı təhqirlərlə bağlı Lent.az-a açıqlama verib:
“Bəziləri yazıb ki, guya mən üzümü dartdırmışam, qaşımı aldırmışam. Birincisi, mən bunu etməmişəm, etsəm də heç kəsdən qorxmuram, çəkinmirəm, hər şeyi açıqlayaram. Mən səhnə insanıyam, daim formada olmalıyam. Barəmdə şərh yazan bəziləri də getsin öz doğmaları ilə maraqlansın. Bəziləri insanlara namus dərsi keçmək istəyir. Hamısı sosial şəbəkədə şir olublar.
Bu gün məni əsəbiləşdirdilər, cavablarını da artıqlaması ilə verdim. Dincəlsinlər. Amma bundan sonra özümü hirsləndirməyəcəyəm. Bu məsələlərlə vəkilim məşğul olacaq. Gəlib polis bölməsində mənə yalvararlar. Mən də bağışlamayacağam. Təhqir yazanlar öz cavablarını almalıdırlar. Bunu tək mən yox, bütün müğənnilər etməli, bu şeylərə son qoyulmalıdır”.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub