Yeniçağ.az xalq artisti Aygün Bayramovanın nişanlısı, iranlı iş adamı Fəraməz Gərmrudinin həyat yoldaşı və kiçik qızı Kəramənin fotosunu əldə edib.
Qeyd edək ki, Gərmrudinin fars əsilli xanımının adı Hürmətdir. İş adamının Kəramə adlı kiçik qızı ailəlidir və İranda yaşayır.
Xatırladaq ki, İran vətəndaşı olan Gərmrudi 1955-ci ildə İranda anadan olub, 3 qız atasıdır. Qızları ailə qurub, ikisi İranda, biri Almaniyada yaşayır. Artıq baba olan 62 yaşlı adaxlının İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distribüteridir. Gərmrudi Azərbaycanda musiqi aləmində ud ifaçısı və müğənni kimi tanınır.
Demək olar ki, onun əksər musiqiçilərlə dostluq münasibətləri var. Biznesmenin Aygün Bayramova ilə eşq hekayəsi bu ilin martında, daha dəqiq desək, martın 21-də Gərmrudinin Heydər Əliyev adına Sarayda gerçəkləşən konsertində başlayıb. Həmin konsertdə Gərmrudini tək qoymayan sənətçilərlə bərabər A.Bayramova da mahnı töhfəsini verib. İş adamı Bakıda Hüseyn Cavid prospektində 2 milyonluq ev alıb, bahalı avtomobilə sahibdir.
Qeyd edək ki, iş adamı eyni zamanda tez-tez Azərbaycan Televiziyasında verilişlərdə oxumaq və ud ifa etməklə musiqi məharətini sərgiləyir.
Yeniçağ.az
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub