"Pərvin Abıyevanın hansı sənətindən danışaq? Nə qədər ki, Pərvin kimi aktrisa var, Azərbaycan kinosu da inkişaf etməyəcək".
Mynews.az xəbər verir ki, bu sözləri "Maqazin Klubu"-nda bir araya gəlib, şou gündəmini müzakirə edən jurnalistlər bildirib.
Onlar bu dəfə aktrisa Pərvin Abıyevanın qala gecəsində paltarının cırılması məsələsinə də toxunublar:
"Pərvin Abıyeva paltarının cırılması haqda xəbərlərə etiraz olaraq - “Nə qədər ki, belə media var, biz inkişaf etməyəcəyik. Sənətimdən yazmaqdansa, paltarımdan danışırsız” - kimi sözlər yazmışdı. Amma bir az açıq-saçıq geyinəndə tənqidlərə cavab olaraq hər dəfə: “Bir az dünya ulduzlarına baxın, nələr geyinirlər” - deyirlər. Deməli, hər situasiyadan özlərini haqlı çıxarmağa çalışırlar.
Son zamanlar nə qədər filmə çəkilib, bir mövsümdə çəkilən filmlərin əksərində var, amma biri də yaddaqalan, illər sonra müzakirə ediləcək səviyyədə deyil.
Əslində, bütün bu aktrisalar geyimlərini qala gecələrdə yalandan açıq-saçıq, ya da fərqli geyinirlər, ayaqlarını çöldə qoyurlar ki, diqqət çəksinlər".
Xatırladaq ki, aktrisanın çəkildiyi filmlər yerli kinoteatrlarda 1000-dən artıq baxış yığa bilməyib.

1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub