Əməkdar artist Abbas Bağırov subaylığın daşını atmaq qərarına gəlməsi haqda xəbər vermişdik.
Mynews.az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, müğənninin mayın 24-də toyu olması barədə xəbəri yayılsa da, sənətçi ayın 23-də nikah bağlayacaq.
Milli adət-ənənəyə uyğun olaraq, iki toy olacaq. Qız toyu Gəncədə baş tutacaq. Oğlan məclisi isə Bakıdakı məşhur restoranların birində keçiriləcək. Bağırovun öz qohumu ilə münasibətini rəsmiləşdirəcəyi deyilir. İkinci toy gəlinsiz baş tutacaq.
Bu məqamda qeyd edək ki, bu, Abbasın ikinci nikahıdır. Onun birinci evliliyindən qız övladı var.
Bundan əlavə, Əməkdar artistin mediada dəfələrlə nişanlanması barədə xəbər yayılıb, lakin sənətçi yayılan xəbəri qətiyyətlə təkzib edib.
Hətta Bağırov bir neçə gün bundan əvvələ kimi toy xəbərini belə yalanlayıb. O, big.az saytına açıqlamasında “O qədər bu barədə sual verdilər ki... Artıq mən də bezdim. Məcbur olub, bu xəbəri təsdiqlədim. Xəbər çıxar-çıxmaz evdən zəng vurdular ki, qız evində toydur, oğlan evinin xəbəri yoxdur?”, - deyə bildirib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub