Mynews.az Milli.Az xəbər verir ki gənc şair Ulucay Akif sosial şəbəkədə Elza Seyidcahanın şeirinə münasibət bildirib.
Oxucuların şeiri oxumadan fikir bildirmələrini düzgün hesab etməyən şair Elzanın şeirlərinin mənalı olduğunu bildirib.
Ulucay Akif: "Çox əla yazıb və doğru fikirdir! Yəni, özünə niyə pozğun dediyini izah edib. Siz də bilib-bilmədən məzələnirsiniz".
Gənc şair digər şairləri də tənqid etməkdən çəkinməyib:
"Hələ bütün şeirləri "mən səni sevdim, sən məni sevmədin" tipli misralarla dolu bəzi şairlər də məzələnir, elə bil bunlar dəhşət yazırlar."
Qeyd edək ki, Ulucay Akif "Günəşə atılan mərmilər" kitabının müəllifidir.
Elza Seyidcahanın şeirini sizə təqdim edirik:
"ƏXLAQLI ADAM"
Yorğunam mən
Özüm bilmirəm
Yaşamağı dadıram
Yaxşılıqla yatıram
Yaxşılıqla yanıram
Mən yandıqca qanıram
Azmışam mən
Pozğunluğun yollarında
Yatmışam mən
Yaxşılığın qollarınada
Döşəyimin yorğanıyam
Yumru-yumru, yumru-yumru
Buludların arxasından
Vurğunuyam nəsihətin
Ölürəm acından onun üçün
Yeyərəm onu uff demərəm
Axı o mənim hürriyyətim
Min bir sahibi vardır
Mənim təmiz əxlaqımın
Düdi-qodudan
Qorxusu olmaz
Ssf su tək əxlaqımın
Səhər-axşam qalxanıyam
Çirkinliyin,miskinliyin fərmanıyam
Küskünlüyün dərmanıyam
Qəmlər bir cür
Dəmlər yüz cür pozğundur
Pozğunluğun acındam
Ölüm acından
Öldürəcəm acından
Ölün acından
O pozğun ki,
Mənim kimi bir pozğuna
Qoy rast gəlsin istəyirəm
Ey pisliyin pozğunları
Pozğun olub yaxşılıqda
Arxalıqda, yamanlıqda
Samanlıqda əsalanar
Köməyinə guya gələr
Səsə-küyə ürpələnər
Alışdıqca
Mən pozğunam
Sən də pozğun ol deyəcək
Mənim kimi.
İtin kimi etibarlı
Olmağı mən
İstəyirəm
Toxluğuyam yamanlığın
Çoxluğuyam tamamlığın
Vurğunuyam təsirliyin
Aşıqiyəm yönlülüyün
Heyranıyam adlılığın
Zirvəsiyəm yerliliyin
Ustadıyam çıxışlığın
Atılanıyam yaxşılığın
Heç kəs özünü
Saya bilməz.
Tam əxlaqlı adam.
Nə qədər ki,deyil
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1094 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1087 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1085 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1054 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1051 dəfə oxunub