Sankt-Peterburqda Maryus Vaysberqin “Gecə növbəsi” komediya filminin çəkilişləri başlayıb.
Mynews.az-ın məlumatına görə, Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Forbes”in versiyasına görə, ən uğurlu Rusiya rejissorlarından biri olanMaryus Vaysberq yeni filminə ulduzları cəlb edib.
Süjetə görə, Vladimir Yaqlıçın canlandırdığı baş qəhrəman Maks zavodda işini itirir, ailəsini təmin etmək üçün sinif yoldaşının striptizçi kimi işləmək təklifini qəbul edir. Yeni işini arvadı Anyadan gizlədən Maks bir sıra maraqlı və məzəli vəziyyətlərə düşür.
Yaqlıç ilə birgə bu hadisələrin mərkəzində Pavel Derevyanko, Kseniya Teplova, Natalya Bardo, İqor Jijikin, Valentina Mazunina, Yelena Valyuşkina və Tarzan da olacaq. Filmdə məşhur müğənni və biznesmenEmin Ağalarov da rol alıb, müğənni üçün bu tammetrajlı filmdə debüt olacaq.
Yeni komediya filminin çəkilişləri Neva şəhərində keçiriləcək, filmin relizi 2018-ci ildə veriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub