"10-dan sonra" verilişi müğənnilər arasında sorğu edərək onlara "Müğənnilər bir-birinin xeyir işində iştirak edirlər" sualı ünvanlayıb.
Mynews.az axşam.az-a istinadən ifaçıların cavabını təqdim edir:
Xatun Əliyeva: "Məclis edəndə şou-biznesə yox, öz qohumlarına güvənməlisən. Bir müğənni yığdı ki, dostumun toyudu, iki-üç mahnı oxu. Sonra onu qardaşımın məclisinə çağırdım. Qayıtdı ki, Gəncədəyəm. Sonra baxıram ki, İnstaqramda Bakıdan fotolar yayır".
Elçin Cəfərov: "Eləsi olub ki, getmək istəməmişəm".
Faytonçu Nazim: "Sayıb dəvət ediblərsə, getməlisən. Getməmək yaxşı əlamət deyil".
Elariz Məmmədoğlu: "Birinin məclisində gedib iştirak etmişəm. Amma mən çağıranda, gəlməyib".
Elza Seyidcahan: "Elə adam məclisimə gəlməyib ki... Bacım, dayım övladımın toyuna gəlməyib".
Sevda Sanəliyeva: "Heç vaxt ad günü keçirmirəm".
Könül Kərimova: "Hansısa məclisə gedəndə təmənna güdmürəm. Çağrılan yerin 90 faizinə gedirəm".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub