Qoca oliqarxdan aktrisaya BİABIRÇI TƏKLİF "Sevgilim ol, sənə "Porşe", "Torqovı"da ev alım" - FOTOLAR

3188
Qoca oliqarxdan aktrisaya BİABIRÇI TƏKLİF "Sevgilim ol, sənə "Porşe", "Torqovı"da ev alım" - FOTOLAR

Özü demişkən, dəli-dolu qızdır. Çərçivələrə sığmır. Ürəyindən keçənləri olduğu kimi söyləməyə cəsarəti çatır. Azadlığını sevən, sərbəstliyini heç nəyə dəyişməyən, şirinliyi ilə hər kəsin diqqətini üzərinə çəkən yaraşıqlı aktrisa Zarinadan danışırıq.

Mynews.az yenicağ-a istinadən Zarina Qurbanovanın müsahibəsini təqdim edir.

- Heç punktual deyilsən, yarım saatdır səni gözləyirik...

- Hə, punktual olmamağım ən böyük problemimdir. Teatrda da tamaşa başlayır, qışqırırlar ki, Zarina Qurbanova hardadır? Mən vaxtından gec doğulmuşam, yəqin buna görə hər yerə gecikirəm. Anamın bətnində olduğum doqquz ayda bir dəfə də olsun tərpənməmişəm, özüm də ölü doğulmuşam. Axşama yaxın ayılmışam.

image00001

- Bəs adın niyə Zarinadır?

- Əslində, adım Ziynətdir, atam anasının adını qoyub. Uşaqlıqdan bu adı xoşlamamışam, axırda "Zərinə" deyə çağırıblar. Universitetə daxil olandan sonra da Zərinəni "Zarina" etdim. Amma şəxsiyyət vəsiqəsində adım yenə Ziynətdir. Atam dedi bir qızım var, bir anam, heç vaxt bu adı dəyişmərəm.

- Belə mühafizəkar ata, nə əcəb aktrisa olmağına imkan verdi?

- Ay qız, heç qoyurdu ki?Atam lənkəranlıdır, deyirdi qızım başını bağlayıb, müəllimə olacaq. Mən də ürəyimdə dedim ki, qısa ətək geyinən aktrisa olum, sən də bax.

- Azadlığını buxovlayanlardansan?

- Azad insanam, baxmayaraq ki, yaşım azdır.

- Azdır deyərkən?

- 26 yaşım var, amma uşaq kimi görünürəm. Hamı elə bilir 19-20 yaşım var, yaxınlaşıb evlilik təklifi edən də olmur. Hətta saçımı da kəsdirmişəm ki, bir az yaşca böyük görünüm.

- Evdəkilər azadlığını boğmurlar?

- Mane olurdular, axırda gördülər ki xeyri yoxdur, mənimlə bacarmayacaqlar. (gülür)

- Maraqlıdır, bara, diskotekalara gedirsən, ümumiyyətlə, oğlan dostlarınla əylənməyi xoşlayırsan?

- Mən atamın işiylə bağlı Rusiyada yaşamışam, Azərbaycanda olan bar, diskoteka mənə gülməli gəlir. Xaricdə həftəsonları barlara gedirlər, içki də içirlər, amma bizdə bara pis baxırlar. Belə yerlərə xarici ölkələrdə gedirəm.

image00003

- Bəs əyləncəni necə təşkil edirsən?

- Əhvalımdan asılıdır. Beynimə vurur, gecə saat 9-da hansısa ölkəyə gedirəm. Özü də qatarla getməyi çox sevirəm, yolboyu xəyallar qururam.

- Heç olmasa gerçəkləşdirirsənmi o xəyallarını?

- Hamısını.

- Cəmiyyətin mühafizəkarlığından narahat olursunuz. Bəs sənətdə necə, bu özünü göstərirmi?

- Əlbəttə. Çünki yaşıdlarımın düşüncə səviyyəsi cılızdır. 60-70 faiz gənclər çərçivədədir, onları akvariumda olan balığa bənzədirəm. Hamısı "qonşu, qohum nə deyər" qorxusu ilə yaşayır. Mən özüm atamgildən gizlin Mədəniyyət və İncəsənət Universitetinə imtahan verib, qəbul olunmuşam. Amma indiki gənclərin çoxu valideyn sözü ilə oturub-durur, öz mövqeləri yoxdur. Bu mənim ən böyük problemimdir, bunu atamgil də bilir. Ona görə də tam azad buraxıblar.

- İçindəki azadlığı sənətdə istifadə edə bilmisənmi?

- Eləmişəm. Filmlərin birində açıq-saçıq səhnədə çəkildim. "Arzuların ardınca" filmində öpüş səhnəsi oldu, çəkildiyimə çox da peşman oldum.

- Niyə?

- Çünki başladılar söyməyə, təhqir etməyə ki, bunun yiyəsi yoxdur? Amma onlar başa düşmürlər ki, biz bu yolu keçənə kimi çətinliklərimiz olub, ac qalmışıq, peraşki də yemişik.

- Xoş söz deyən olmadı heç?

- 50 faiz yazdı ki, xaricdə bunu əcnəbi aktrisa etsəydi, deyərdilər əsl sənət budur.

image00006

- Tanıdığın siyasətçilər var?

- Yox.

- Siyasi prosesləri izləmirsən?

- Siyasətçiləri atam yaxşı tanıyır.

- Partiya sədrlərindən kimisə tanıyrsan?

- Yox.

- Bəs dünyadakı siyasi liderlərdən?

- Atam həmişə bizi qorxudub ki, bu siyasətçinin adını çəkmə, siyasətdən uzaq ol, ona görə də belə məsələlərdə səriştəm yoxdur.

- Bəs xaricdəkilərdən kimi bəyənirsiz?

- Obamanın xanımını bəyənirəm. Səmimi danışırdı. Ağlayanda belə səmimi göz yaşı axıdır, düşünmür ki, necə ağlayım ki, fotoda qəşəng düşüm.

- Bəs Trampın xanımı?

- Cox gözəldir, ona ancaq görünüşünə görə baxıram.

image00005

- Heç seçki məntəqəsinə yolun düşüb? Səs vermisən?

- Məktəb vaxtları olub, onu da adımızdan səs veriblər.

- Yaşadığınız bina hansı rayonun ərazisindədir?

- Yasamalda.

- Deputatınızı tanıyırsınız?

- Yox.

- Trampın o qədər pulu var...

- Vallah, mən o qədər məmur xanımları tanıyıram ki, zövqdən xəbərləri yoxdur. Toyda qatqat qır-qızıl taxırlar, xəzlərini əyinlərindən çıxartmırlar. Adam az qalır desin ki, ay xanım istidir e, xəzini soyun.

- Hansısa partiya rəhbəri səni reklam çarxına dəvət etsə, çəkilərsiz?

- Puluna minnət.

- Fərq edər iqtidar, ya müxalifət?

- Pul olsun e, fərqi yoxdur.

- Xatırlayırsızsa, bir müğənni müxalifət liderinin toyunda oxuduğu üçün efirlərə həsrət qalmışdı?

image00008

- Elə öz başıma da gəlib. 4 il əvvəl Xəzər Televiziyasında "İkinci sənət" verilişinin aparıcısı idim. Bir oliqarxın xoşuna gəlmişdim. Xəbər göndərdi. Sonra kanalın qabağında qarşımı kəsib, dedi: "ya mənim sevgilim olacaqsan, ya da səni kanaldan uzaqlaşdıracam". Dedim ki, nəvən yaşındayam e. Qayıtdı ki, "Porşe", "Torqovı"da ev alacam.

- Yaşı neçə olardı?

- 70-i keçmişdi. Maşınla yolumu kəsirdi... Mən yaxşı bilirəm ki, bu gün müğənnilər, aktrisalar hansı yolla pul qazanır. Mənə də belə təkliflər çox olub, qəbul etməmişəm.

- Bəlkə elə sevdin?

- Mümkün deyil. Mən gözütox böyümüşəm. Buna görə də 11 minlik "Nissan" sürürəm, bu maşını alanda hələ atamadan borc da götürmüşəm.

- Səndən yaxşı millət vəkili çıxardı, sərrast danışırsan.

- Hə... yaxşı olardı. Xoşuma gəldi bu fikir. İnsanlara kömək edərdim.

- İndi belə deyirsən e, pulun olanda gözün heç kimi görməyəcək ...

- Yox, həqiqətən deyirəm.

- Hansı problemi həllə edərdin?

- Maaşları artırmaq üçün nəsə edərəm.

 

- Milli məclisdə kimi görmək istəməzdin?

- Çoxu boş-boş danışır.

- Görsəz ki, xalqın real dəstəyi var, amma seçilməyə imkan vermirlər. İnadkarlıq edərdin, yoxsa?

- Yox. Çünki bizim xalq inadkar deyil.

- Hansı naziri çıxarardız?

- Onsuz da çoxunu "atırlar".

image00011

- Yol polisləri ilə aran necədir?

- Əla. "Gizlənpaç" filminin sayəsində məni çox istəyirlər.

- "Gizlənpaç"ı yoxsa gözəlliyini?

- Yox, filmdə məşhur bir sözüm var, deyirlər, sən canın bir dənə o sözü de.

- Hansı sözü?

- "Tontiş, necəsən?"... O an fikirləşirəm ki, deməsəm, deyəcəklər cəriməni ödə. Desəm də, fikirləşəcəklər ki, bu qız gicdi-nədi... Axı yol polisləri də mənə uşaq kimi baxırlar.

- Necər olur, yol polisləri sənə uşaq kimi baxır, amma məmurlar sevgili gözü ilə?

- Məmurlar məni görən kimi yadlarına keçmiş sevgiləri düşür. Deyirlər, sən bizim ilk sevgilimizə bənzəyirsən. Deyirlər, badamı gözlərin bizi öldürür. Hamısı da eyni cür "padxod" edir. Hətta bir məmur qabağımda ağladı ki, nakam sevgimə oxşayırsan. Onlara yazığım gəlir.

- Deyəsən cavan məmurların xoşuna gəlmirsən.

- Onlar mənə yaxınlaşmır, bilirlər ki, yıxıb-sürüyəcəm. Qocalara yazığım gəlir. Çünki ünsiyyət acıdırlar, onlarla heç kim səmimi deyil. Hamı onlarla puluna görə mehribandır.

- Səni xoşbəxt eləmək üçün nə lazımdır?

- Çoxlu səyahət. Macərapərəstəm.

- Bəs nə vaxt ailə quracaqsan?

- Həyatımda biri var. Amma hələ ailə qurmaq istəmirəm.

image00009

- Bəs təkid eləmir?

- Deyirəm gözlə, bir filmə də çəkilim sonra.

- Bəs evdəkilər tələsdirmir?

- Atama da deyirəm ki, bir-iki filmə çəkilim, nəvən qucağında olacaq. Hələ özümü uşaq kimi hiss edirəm.

- Daha 30-a az qalıb e...

- Mən 30 yaşda da cavan qalacam. Rəqəm boş şeydir. 19 yaşlı qızlar var, yanımda dayananda anama oxşayır. Çünki min hoqqadan çıxıb, vaxtından tez böyüyüblər. Mən dəli-doluyam e, bir də görürsən yuxudan duran kimi əlimdə "red bull" binanın başına çıxıb, Bakını seyr edirəm.

- Necə çıxırsan ora?

- Beş manat verirsən "daydaya", çıxarır yuxarı, hündürlükdə adrenalin yaşayıram. Bir də yeni tanışlıqdan adrenalin alıram.

- Ünsiyyətdə yaş senzi rol oynayır?

- Qətiyyən. Əsas odu səmimi olsunlar.

- Xoşuna gəlmirsə?

- Yola verməyi bacarmıram. Aura xoşuma gəlməsə, durub gedirəm.

- Bu təhlükə bizi gözləmir ki?

- Yox, siz şirinsiz, söhbət xoşuma gəlir.

- Deyirsən, cəmiyyət passivdir. Vəziyyəti dəyişmək üçün nə edərdiz?

- Onları ruhlandırardım.

- Kütləni arxanızca aparardınız?

- Bəli, çünki mən təsir altına tez salıram.

- Azərbaycanda rüşvət vermək imkanın olub heç?

- Universitetdə oxuyanda imtahandan kəsilmişdim, məcbur qalıb pul verdim, amma qırmızı diplomla bitirmişəm.

image00002

- Bəs indi?

- Bu yaxınlarda "İlin favorit aktrisası" adını almaq üçün 350 manat istədilər. Vermədim.

- Ayda ən çox nəyə pul xərcləyirsən?

- Səyahətə. Elə bu yaxınlarda Kiyevdəydim: bəh-bəh ... Ukraynalı qızlar çox qəşəngdirlər.

- Qorxmursan bu sözlərdən sonra sənə pis baxarlar?

- Onsuz da pis baxırlar. Amma burda nə var ki, mən qadınları estetik cəhətdən çox sevirəm.

- Bəs ukraynalı oğlanları necə... bəyəndin?

- Çox qurudurlar, həyatı başa düşmürlər.

- Deyirsən, bizim oğlanlar həyatı yaxşı başa salır?

- Bizim kişilər maraqlıdır və həm də bizim kişilərdə qoruma hissi güclüdür.

- Sevdiyin oğlan səni sıxır?

- Sıxsa, yanından qaçaram. Mənə sübut etməlidir ki, bu, niyə olar, niyə olmaz?

- Xəyanət edərsən sevdiyinə?

- Buna sadəcə, həvəsim yoxdur.

image00007

- Xəyanət etsən, özünə deyərsən?

- Eləsəm ağzımdan çıxacaq. Sirr saxlaya bilmirəm.

- Səncə, qadın hansı halda xəyanət edir?

- Qane olmayanda, qarşısındakı onu anlamayanda.

- Bəs niyə münasibətə nöqtə qoymurlar?

- Kişi əfəldirsə, ondan gəlir varsa, niyə nöqtə qoysunlar ki? Pulundan istifadə edirlər də.

- Sənin qabağına eləsi çıxmayıb ki?

- Yox, mən özümə o şəraiti yaratmıram.

- "2:1"-ə nisbəti necə alındı?

- Xoşuma gəldi, mənə söz çatdıra bilmirlər, amma siz çatdırdız...

Xəbər lenti