Müğənni Əmrah böyük oğlu Tayfun Ərdoğanın ittihamlarına sosial şəbəkə vasitəsilə cavab verib.
Mynews.az axşam.az-a istinadən bildirir ki, Tayfun bu yaxınlarda Əmrahın kiçik qardaşı Elyasa ilə birlikdə paylaşdığı fotosuna bunları yazmışdı:
"Atamı görməyə getdim, məni qəbul etmədi. Həmən onun ardından qardaşımla bir foto paylaşdı, canım yandı. Yaşım neçə olursa olsun, mən də atamın qoynuna başımı qoymaq istəyirəm. Bu, qısqanclıq deyil. O da mənim qardaşımdır. Amma çətin günlər keçirirəm. Çox şeymi istəyirəm? Bilmirəm".
Bu dəfə səssizliyini qoruya bilməyən müğənni Tayfunun bu sözlərinə Yunus Əmrənin misralarıyla cavab verib:
"Ədəbim əl verməz ədəbsizlik edənə, Susmaq ən gözəl cavab ədəbi əldən gedənə...".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub