Modelyer azadlıqdan məhrum edildi - VİDEO

617
Modelyer azadlıqdan məhrum edildi - VİDEO
İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən modelyer Barbaros Şansal barədə aparılan istintaq tədbirləri sona çatıb.  Mynews.az-ın məlumatına görə, prokuror Umut Tepe tərəfindən hazırlanan iddianamədə Şansalın "Xalqı kin və düşmənçiliyə açıq-aşkar təhrik etmə" ittihamı ilə 1 ildən 3 ilə qədər həbsi istənilib. İddianaməyə Barbarosun paylaşdığı tvitlər daxil edilib və Baş Prokurorluq tərəfindən təsdiqlənib.
 
Xatırladaq ki, modelyer sosial şəbəkədə Türkiyə əleyhinə görüntülərin yayımlanmasına görə ittiham edilib. Lakin sonradan ifadə verən Şansal videogörüntülərin təhrif olunduğunu vurğulayıb. 
 
Bundan başqa, 2005-ci ilin may ayında Lefkoşa aeroportunda Barbaros Şansalın üzərində narkotik aşkarlanıb və buna görə onun barəsində bir aylıq həbs qərarı qəbul olunub. 

Xəbər lenti