Türkiyənin tanınmış müğənnisi Coşğun Sabah pianoçusuna yazdığı mesaja görə təzminat ödəyəcək.
Publika.az xəbər verir ki, vergidən yayınma ilə bağlı haqqında şikayət olunan Sabah öz pianoçusundan şübhələnib və buna görə ona belə bir mesaj atıb: “Rəzil, cahil hərif! Uca Allahın cəhənnəmdə odun olaraq istifadə edəcəyi ən əsas cisimsən. Vergi qaçaqçısı sənsən, aciz, qaraqabaq! Özünü ağıllı göstərən axmaq! O siçana bənzəyən sifətini görməyin tək təsəllisi sənin orda alçalmış halından zövq almaqdır!”.
Murad Manap adlı pianoçu tənbəllik etmədən mesajı əlaqədar qurumlara göstərincə, olan olub. İndi Coşğun Sabah şikayətçiyə 6 min TL təzminat ödəyəcək.
Qeyd edək ki, Coşğun Sabah həyat yoldaşına da boşanarkən 2 milyon təzminat ödəyib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub