“İlk “Maşın Şou”da şirkət bizi aldatdı və maşını vermədilər. Biz də başqa şirkətlə danışdıq. İndiki şou da hələ başlamayıb, amma ətrafında çoxlu qalmaqallar var. Hələ başlamamış kimisi dedi gəlirəm, kimisi dedi gəlmirəm”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Murad Dadaşov jurnalistlərin suallarını cavablayan zaman deyib. İnsanların şounu maraqla gözlədiyini bildirən teleaparıcı hamıyla dost olmağa çalışdığını qeyd edib:
“Hər kəs bura seçilib, dəvətimlə gəlir. Tapşırılan adamlar da olur, ancaq qəbul edilmir. Hətta pul təklif edənlər də var. Şounun istehsalat xərci yarım milyondur, şərikli iş ola bilməz. 13 şoudan 10-u məşhurlar olub. İndiyə kimi Elariz Faiq Ağayevi çıxaranda şoka düşmüşdüm, heç kim bunu gözləmirdi. Çünki o vaxt kimsə ad-sanı olana nəsə deməyə risk etmirdi. İndi hamı status sahibidir.
Qalibə 30 min dollarlıq maşın veriləcəyini deyən şoumen heyətdə 9 yeni, 9 köhnə iştirakçı olacağını da qeyd edib.
M. Dadaşov son olaraq “Survivor”ı da Bakıya gətirəcəyini bildirib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub