Hind aktrisası Ayşvariya Ray Kann festivalının növbəti günündə möhtəşəm çıxışı ilə hər kəsi kölgədə qoyub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa Kann festivalının dördüncü günündə keçirilən “1 dəqiqədə 120 zərbə” filminin təqdimat mərasiminda iştirak edib. “Ralph & Russo” moda evindən qırmızı rəngli ziyafət libası geyinən hind gözəli gecənin əsas ulduzu olub.
Kino ulduzunun bədən quruluşunu vurğulayan paltarın fasonu, çoxqatlı büzmələri ehtiraslı flamenko rəqqasəni xatırladıb. Stilistlər aktrisanın saçlarına iri dalğalar atıb, dodoqları üçün bir neçə il əvvəl olduqca trend olan zoğalı rəngli pomada üzərində dayanıblar. Məşhurun baxışlarını daha ifadəli göstərmək üçün əlavə kirpiklər taxılıb, qara laynerlə incə oxlar çəkilib, almacıq sümüklərində isə şaftalı ənlikdən istifadə ediblər.
Xatırladaq ki, Ayşvariyanın iki gün əvvəlki çıxışı da böyük müzakirələrə səbəb olmuşdu. Onun “Michael Cinco” moda evindən seçdiyi mavi rəngli “Sinderella” donu festivalın ən yaxşılarına daxil edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub