Ötən həftə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən “Greencard” lotereyasının nəticələrini açıqlayıb.
Mynews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, budəfəki uduşda 224 Azərbaycan vətəndaşı “Greencard” sahibi olub. 2018-ci ildən etibarən Amerikada yaşamağa şans qazananlar arasından 91-i qadın, 133-ü kişidir.
Əldə etdiyimiz məlumata görə, həmin siyahıda şou-biznesin tanınmış simaları da yer alıb.
Onlar arasında keçmiş “Dəyirman” qrupunun solisti Elmir Məhərrəmov və müğənni Elariz Məmmədoğlu var. İki məşhurun adları Azərbaycandan “Greencard” udanların tam siyahısında yer alıb.
Bundan əlavə, siyahıda Elmir Məhərrəmov və Elariz Məmmədoğlunun olmasını “Greencard Azerbaijan”in rəsmisi Royal Cəfərov təsdiqləyib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub