Xalq artisti Zümrüd Məmmədova film təqdimatlarının birinə qızı ilə birgə qatılıb.
Mynews.az Yeniçağ.az-a istinadla xəbər verir ki, Z.Məmmədova qızının gözəl bəstəkar olduğunu bildirib:
“İlahə Azərbaycandan çox xarici ölkələrdə tanınır. Bir çox Avropa ölkələri ona sifarişlə musiqilər yazdırıb. Böyük layihələrin müəllifidir. SOCAR-ın himnini də qızım yazıb. Bu yaxınlarda qızıma Macarıstandan təklif gəldi. Bir il müddətinə həmin ölkədə yaşayıb, musiqi layihələri gerçəkləşdirmək üçün ona bir milyon dollar qonorar və ev təklif etdilər. Müqavilə bağlayıb, orada qalmalıydı. İrihəcmli musiqi əsərləri yazmalıydı. Onu mən qoymadım. Çünki bircə qızım var, onun da gözümün qabağında olmasını istəyirəm. Uzaqda olsa, urəyim partlayar”.
Qeyd edək ki, 23 yaşlı İlahə Bakı Musiqi Akademiyasını bitirib, Xalq artisti Arif Məlikovun yetirməsidir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub