Könül Xasıyeva tanınmaz hala düşdü Prezidentə müraciət etdi

957
Könül Xasıyeva tanınmaz hala düşdü Prezidentə müraciət etdi

Mynews.az Ölkə.az-a itinadən verdiyi məlumatına görə, bu barədə o, qonağı olduğu "10-dan sonra" verilişində açıqlama verib. Sənətkar səhhətiylə bağlı saytlarda yazılanlara etiraz edib:

"Saytların rəhbərlərinə əsəslənirəm ki, haqqımda yazılanlara son versinlər. Ən azından yaşlı atam, anam var. Dəri xərçəngi ilə bağlı bir yazı çıxmışdı. Bölgədir, rayondur. Kimsə gəlib anama deyib. Anam şəkərdir, təzyiqi var. Çox çətin anlar yaşayıb. Atamın da ürəyi xəstədir. Çox diqqətli olsunlar. Dəri xərçəngi olmağım haqda yazılanlar yalan söhbətdir. Səhhətimlə bağlı problemlərim var. Övladımın da problemi var idi. Amma mən ömrümün 6 ilini övladıma həsr etdim, heç kimə bildirmədim və bu yükün altına özüm girdim. Övladım gec olub. Hazırda 9 yaşı var. Son iki ildə vəziyyət kritik hala gəldi. Hər şeydən kənara çəkildim. Ancaq fikrim Kazım oldu. Hər şeyimi onun yolunda qurban elədim. Evimi, maşınımı, bütün hər şeyimi. Amma əvəzində çox şükür ki, balamı ikinci dəfə qazandım. Həyatda hər şeyi qazanmaq olar. Amma övlad heç nə ilə əvəz olunmur". 

K.Xasıyeva bildirib ki, əlində olan vəsaiti övladının müalicəsinə xərclədiyi üçün öz müalicəsi yarımçıq qalıb:

"Düşünürəm ki, hər şeydən öncə övladdır. Özüm hər il müalicə olunurdum. Kazıma görə iki il müalicələrə getmədim. Bu gün səhhətimdəki problemlər üstələdi. Onurğamda problem yaranıb, onurğanın iflicidir. Stress yaşayıram. Stressin ikinci dalğası vurub. Dilimə gətirmək istəmirəm. Bir valideyn hər an övladının itkisi qorxusuyla yaşayırsa çox çətindir (Kövrəlir).

Bunu valideyn olan hər kəs bilir. Çox xahiş edirəm. Allah ömür verərsə, səhnəyə dönmək imkanım olarsa, yenə də həyatım əvvəli kimi davam edəcək. Tale, qismət deyilən bir şey var. Məni sevən milyonlarla insanlar var. Əlləri çatmayan insanlar ancaq yazılardan məlumatlanırlar. Ona görə ümumiyyətlə yazmasalar, daha yaxşı olar. İlk və son dəfə açıqlama verirəm. Çünki gücüm yoxdur". 

Xalq artisti sonda qeyd edib ki, səhhətindəki problemlərlə bağlı Prezident İlham Əliyevə, Nazirlər Kabinetinə və iş adamlarına müraciət edib:

"Hələ ki nəticə yoxdur. İnşallah, nəticənin olacağına ümid edirəm". 

Xəbər lenti