Mynews.az-ın məlumatına görə, sənətçi "Ölkə.Az"-ın əməkdaşıyla söhbətində Əliyevanı illərdir tanıdığını və aralarında pis münasibətin olmadığını dilə gətirib:
"Gülüstanla bir-birimizi illərdir tanıyırıq. Hətta o qəzaya düşəndə evinə getmişəm, bacısını, övladını, rəhmətlik anasını tanıyırdım. O mənim ailəmin içinə gəlib. Gülüstanı heç kəs tanımayanda toylara getməyinə kömək etmişəm, yerimə məclislərə göndərmişəm. Heç vaxt problemimiz, düşmənçiliyimiz olmayıb. Əgər deyibsə ki, o özü bilir kimdir. Bəli, əlbəttə kim olduğumu bilirəm. "Toylar kraliçası"nın qalibi və ali savadlı müğənniyəm. Yəqin ki, heç kəsin heç bir iddiası ola bilməz. Sadəcə, o vaxt ANS-ə zəng vurdu ki, "Ay nənə" mahnısını mən oxumuşam. Aparıcı Rövşanə Bektaşi də dedi ki, o mahnını 17 il əvvəl Samirə xanım mənim verilişimdə oxuyub. Bu mahnının girişini də mən və ansamblım fikirləşib".
S.Yusifqızı sözügedən qalmaqala görə ATV-ni məhkəməyə verəcəyini bildirib:
"Başa düşmürəm ATV və "Ondan sonra verilişi" bizi niyə üz-üzə qoyur? Reytinq naminə niyə belə edirlər, niyə aranı qızışdırırlar? ATV-ni məhkəməyə verəcəyəm. Mənə deməmiş, kimin nə ixtiyarı var ki, bu söhbəti gündəmə gətirirlər. O mahnı xalq mahnısıdır. Heç birimizin də iddia etməyə haqqımız yoxdur. Sadəcə, mahnını ilk dəfə mən aranjiman elətdirmişəm. Sonra da Gülüstan oxuyub, əcəb edib. Halal xoşu olsun".
Qeyd edək ki, iki xanım sənətçi arasındakı qalmaqal "Ay nənə" mahnısına görə yaranıb.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub