Azərbaycanlı müğənni Nurəli Cavadov yaradıcılığında yenilik edib
AZXEBER.COM-a açıqlama verən ifaçı bildirib ki, söz musiqisi özünə məxsus "Dostum qayıdıb” adlı yeni mahnı oxuyub: "Bu günə qədər yaradıcılığımda bir çox yeniliklər etmişəm. Amma nədənsə işlərimi reklam etməkdən çəkinmişəm. Artıq bu xarakterimi özümdən uzaqlaşdırmaq istəyirəm. İndi bu gün yeni mahnımı təqdim edirəm. Dost mövzusunda yazdığım bu mahnının seviləcəyinə inanıram. Bu həyatda dost seçimimdə yanılan insanlardanam. Bir şeyi əminliklə deyə bilərəm ki, pulun varsa, dostların da çox olacaq. İndiki zəmanədə təmənnalı dırnaqarası dostluq edənlər çoxdur. Dost bilib tanıdıqlarımın çoxu pis günümdə məni tərk etdilər. Bir sözlə xəyanətin qurbanı oldum. Artıq indi bilirəm təmənnasız dostum kimdir. Bu mahnı da dostluğu bacaran əsl dostlar üçün oxumuşam”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub