Əməkdar artist Ruhəngiz Allahverdiyeva son vaxtlar sosial şəbəkədə tez-tez kəskin tənqid olunduğundan gileylənib.
Yeniçağ.az-a açıqlama verən müğənni sosial şəbəkədə paylaşdığı fotolarının altında xoşagəlməz iradların, hətta təhqirlərin belə yazıldığını dedi:
“Hərdən fotolarımı paylaşıram, amma dərhal da peşman oluram. Çünki şəkillərimin altında elə kobud sözlər, təhqirlər yazırlar ki, əsəbiləşirəm. Biri yazır ki, qocalıb, utanmır bu nə şəkillərdir paylaşır, o biri yazır nə gündəsən…Qısa ətəyim də bəzi insanlarda qıcıq doğurur. Heç birinə cavab yazmıram. Bu camaatı anlamaq olmur. Hərdən bezirəm. Ay camaat, əyri ayaqlarım yoxdur ki, üstünü örtüm. Əgər mənə yaraşırsa, niyə də geyinməyim? Görünür bəzi insanlar mənim gözəlliyimi həzm edə bilmir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub