Yazın ən dəbli hadisəsi “Azerbaijan Fashion Week” baş tutacaq.
Moda həftəsinin ilk günü, yəni 23 mayda Azərbaycanın tanınmış aktrisaları podium çıxacaq. Elnarə Bəkirova imzalı geyimləri 14 yerli aktrisa nümayiş etdirəcək.
“Kino kimi” adlı moda gecəsi Hollivud film təqdimatını xatırladacaq və aktrisalar dünya film musiqiləri sədaları altında podiumda şou göstərəcəklər. Gecənin fəxri qonaqları sırasında Azərbaycanın tanınmış ulduzları yer alacaq.
Qeyd edək ki, "Azerbaijan Fashion Week" ildə iki dəfə keçirilir. Ötən il iki mövsüm çərçivəsində Azərbaycan, Fransa, İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstandan olan dizaynerlər iştirak edib.
metbuat.az

1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub