Aygünlə 7 il sevgili olan Namiqdən İNANILMAZ ETİRAF “Bunu mütləq deməliyəm...”

1227
Aygünlə 7 il sevgili olan Namiqdən İNANILMAZ ETİRAF “Bunu mütləq deməliyəm...”

Evlənəndən bəri üzünü nə efirlərdə görmək olur, nə də tədbirlərdə. Mediadan da gen gəzir, jurnalistləri görəndə yolunu dəyişir. Deyir, yalnız yaxın dostlarının dəvət etdiyi məclislərdə görünür.

Bu dəfə də onu dostlarından birinin film təqdimatında gördük.

Namiq Qaraçuxurlu Yenicag.az-ın suallarını cavablandırmaqdan imtina etmədi. Sözün düzü, jurnalistlərdən qaçan meyxanaçı nəzakət xatirinə bizi qırmadı. Fürsət varkən, xalq artisti, pop-diva Aygün Kazımova ilə bağlı suallar da ünvanladıq.

– Namiq, evlənəndən sonra üzünü görə bilmirik…

– Üç ildir ki, bu qayda üzrə hərəkət edirəm. Evlənməmişdən qabaq da özümə söz vermişəm ki, az-az görünüm. Yalnız yaradıcılıq yeniliklərim olanda efirlərə çıxıram, saytlara müsahibə verirəm. Bu yaxınlarda “Soyuqdur” adlı mahnıma klip çəkdirdim. Bunun “rastkrutkası” ilə bir neçə dəfə efirlərə çıxdım, hətta düşünürəm ki, nəzərdə tutduğum həddi aşdım.

nami3

Bir vaxtlar hansı kanala çevirirdik, səni orda görürdük. Efirlərdən, mediadan uzaqlaşmağına yəqin ki, ciddi səbəbin var?

– Bu qərarı verməyim sənətə dəxli olmayan adamların bu cameəyə ayaq asması ucbatından oldu. Dəfələrlə efirlərə dəvət aldım, amma gedib gördüm ki, bəzi aparıcıların incəsənətdən anlayışı belə yoxdur. Bəzi prodüserlər heç bilmirlər ki, sənət nə olan şeydir. Məqsəd yalnız bir-birinin ayağının altını qazmaq, pislik etmək, acılamaqdan ibarətdir. Ona görə də qaçdım o aləmdən.

– Belə anladım ki, aparıcılar sualları ilə sizi qıcıqlandırıb?

– Suallardan əlavə özlərini aparmaları, ağla-qaranı seçməmələri məni qıcıqlandırdı. Şou-biznesin qapıları birdən-birə açıldı və kimlərsə o qapıdan doluşdu içəri. Baxıb gördüm ki, ağıllı adamlar aradan çıxır, mən də məcbur qalıb çəkildim.

– Atalıq hissi həyatınızda nəyi dəyişdi?

– Həyatıma baxışım dəyişib. Xarakterimdə müəyyən dəyişiklikləri hiss edirəm, əvəzolunmaz duyğudur. Hər kəsə qismət olsun.

– Ailədə necəsən, sərt, yumşaq?

– Həm elə, həm də belə.

– Xanımını efirlərdən, mediadan uzaq tutursan. Nə vaxtsa, üzünü görə biləcəyik?

– Düşünmürəm. Həyatdır, belə bir deyim var, heç vaxt, heç vaxt demə. Amma düşünmürəm ki, nə vaxtsa belə bir şey olsun.

– Aygün Kazımova ilə münasibətiniz necədir, buzlar əriməyib ki?

– Onu siz bilirsiniz də, daha niyə soruşursunuz ki?

– Mən hardan bilim? Yəni demək istəyirsiz buzlar əriməyib hələ…

– Hə.

– Sizə pullar xərcləməsi barədə söylədiyi sözləri qəlbinizi bərk yaralayıb deyəsən?

– Mən bunu o sözləri söyləyən insanın öz ixtiyarına buraxıram.

nami2

-Heç zəng edib, münasibətə aydınlıq gətirmədiniz?

– Ümumiyyətlə, o söhbətlər mənim on metrimə də yaxın gəlmədi. O barədə düşünmədim də, keçib getdi.

– Səmimi insansız və cavabınızın da səmimi olacağına əminəm. Nə vaxtsa, Aygün Kazımova sizə maddi yardım edibmi?

– O məsələləri xırdalamaq üçün uzun müddət vaxt lazımdır. Mən qocalmalıyam, yaşa dolandan sonra bu məqamlara aydınlıq gətirəcəm. Çünki kişi xeylağı olaraq, indi belə məsələləri danışmağı özümə yaraşdırmıram.

– Belə başa düşdüm ki, siz də ona pul xərcləmisiniz?

– Mən onu deyə bilmərəm. Bu, bizim aramızda olan şəxsi məsələlərimizdir və şəxsi olaraq da qalır.

– Hazırda münasibətiniz yoxdur eləmi?

– Bəli, yoxdur.

– Yəni heç vaxt barışmayacaqsınız?

– Bilmirəm, bunu zaman göstərəcək. Münasibət olaraq mən tərəfdən “salam-əleykim”var, onu deyə bilmərəm. Bu məsələlər mənim üçün çoxdan keçib və mövzu bağlanıb. İndi də bu söhbəti gündəm eləmək fikrim yoxdur.

– Bilirəm, nəzakət xatirinə suallarımı cavablandırırsınız. Şansımdan istifadə edib, Aygünlə bağlı heç yerdə etmədiyiniz bir etirafınızı eşitmək istəyirəm.

– Heyf ki, sizin nurlu simanıza “yox” deməli olacam. Bu barədə danışmaq istəmirəm.

– Yəni içinizdə rəğbət hissi qalmayıb?

– Bu barədə danışmaq istəmirəm. (gülür)

– Bax, indi qarşılaşsanız, ilk addımı ondan gözləyərsiniz, yoxsa, özünüz atarsınız?

namiq

-Zaman gələr, qarşılaşarıq, vəziyyətə uğun davranarıq. İndidən heç bir proqnoz verə bilmərəm.

– Belə başa düşdüm ki, çox incimisiniz ondan?

– Bu barədə bir dəfə demişəm, bir də sizə təkrar söyləyim: yenə də fikrimdə qalıram, mən Aygün Kazımovanı heç vaxt bağışlamayacağam.

– Məhz o məsələyə görə?

– Sizin bildiyiniz və bilmədiyiniz bir çox məsələlərə görə.

– Doğrudan aranızda sevgi yaşanmışdı?

– 38 yaşım var, azından 10 ildir səhnədəyəm. Heç vaxt bu barədə danışmamışam. Bu gün də o qanunları poza bilmərəm.

– Hər halda, 7 il az müddət də deyildi.

– Mənim üçün o zaman keçib.

Aygün xanım bu gün sizin üçün maraqsızdırmı?

– Həyatda öz maraqlarım var, şəxsi maraqlarımı heç vaxt açıqlamıram.

Onu bir sənətçi olaraq sevirsinizmi?

– Butün Azərbaycan sənətçilərinə hörmətim var.

– Yaxşı, onda Aygün Kazımovanın gözəl qadın olduğunu etiraf edirsinizmi?

– Azərbaycanda gözəl qadınlar çoxdur. (gülür)

Xəbər lenti