Əməkdar artist Tünzalə Əliyeva qayınanası haqda danışıb.
Mynews.az axşam.az-a istinadən bildirir ki, "Hər şey daxil" verilişinin qonağı olan aktrisa qayınanasını xeyli tərifləyib:
"Son 8 ayda nə etmişəmsə, qayınanamın sayəsində olub. 8 aydır ki, evindən çıxıb gəlib övladıma baxır. Öz ev-eşiyini, həyat yoldaşını atıb burada nəvəsini saxlayır. Mən o qayınana haqqında necə pis danışa bilərəm? Həyat yoldaşımın anası olmasaydı, işlərim belə getməzdi. Çünki övladımı heç kimə etibar etmərəm. Etibar etdiyim yeganə insan qayınanamdır. Tək oğlunun övladıdır. Qayınanam cavandır, elə bil, öz övladına baxır. Cavan olduğundan onda nənəlik hissi deyil, analıq hissi daha çoxdur və uşağa yaxşı baxır".
Qeyd edək ki, T.Əliyeva həyat yoldaşı Röyalla 2013-cü ildə ailə qurub. Onların Zəhra adlı qız övladı var.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub