Qalmaqallı müğənni Nadir Qafarzadə növbəti açıqlamaları ilə gündəmə gəlib.
Mynews.az xəbər verir ki, “Hər şey daxil” verilişində qonaq olan müğənni övladlarının hansı qızlarla ailə qura biləcəyindən söhbət açıb.
“İstəyirəm ki, evimə pak qız gəlsin. Başqasının artığını evimə gətirə bilmərəm. Həmin gün özümü asaram. İndi gəlin seçməyə qorxuram. Zaman o qədər pisdir ki, adam bilmir, kimin qapısına getsin. Gəlin almaq da qarpız, qoz kimi bir şeydir. Bir də gördün gətirdin, qəşəngdir, amma sındırdın, içi çürük çıxır. Kiminsə artığını evimə gətirmərəm. Oğluma da tüpürərəm, gəlinimə də. Deyərəm oğul, yaşamaq istəyirsən yaşa, amma mənim evimdə yox. Mənim ocağıma haram tikə gətirmək olmaz. Kasıb, yetim olsun, uşaq evində böyüsün, amma təmiz qız olsun. Ailəsi normal olsun. Kasıbçılıq ayıb deyil Çünki, mən də kasıb olmuşam. Amma rüsvayçılıq ayıbdır. Gəlinim mənə gəlin yox, qız olarsa, qoymaram onun ayağı yerə dəysin. Onu başımda gəzdirərəm. Mənə gəlinin cehizi yox, paklığı lazımdır. Mebelini verərəm, brilyantlarını kilo ilə alaram. Amma təmiz adla mənim qızım olsun. Desinlər bu, Nadirin qızıdır. Onu oğlumdan çox istəyərəm”.
Qeyd edək ki, N.Qafarzadənin Loğman və Əziz adlı iki oğlu var. Onlar xaricdə təhsil alırlar.







1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub