Zaqatala rayonunda Burhan adlandıran müğənninin rayon mərkəzindəki parkda konserti sosial şəbəkədə müzakirəyə çevrilib.
2016-cı ilin avqust ayında lentə alınan görüntülərdə hərəkətləri ilə diqqət çəkən müğənni parka yığışan bir neçə vətəndaşın qarşısında konsert proqamı ilə çıxış edib.
Sosial şəbəkədə bu günlərdə yayılan görüntülər isə birmənalı qarşılanmayıb. Metbuat.az-a bu konsert haqda danışan müğənni Əli Mirəliyev özündən çıxıb:
“"Gay" adamdan uşaqlar nə götürəcək?! Hansı tərbiyə, hansı vətənpərvərlikdən söhbət gedə bilər?! Əyinlərinə geyinirlər arvad paltarını, çıxırlar camaatın qabağına. Bakıda artıq bu "Gay"lər, "trans"lar qəbul olunub. Ancaq rayon yerlərində uşaqlar gözü qapalı böyüyür. Onlar bu gün o "Gay"ləri görməməlidirlər. Bu gün bunları görən uşaqlarımız sabah ermənilərə qarşı necə vuruşacaqlar?! Musiqimizi də belələri məhv edir. Düzdü muğamımız qalıb, ancaq musiqimiz yox olub gedir”.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub