Metbuat.az saytının informasiya dəstəyi olduğu, Dünya TV-də yayımlanan "PAY" şou verilişinin "SÖZLÜ ADAMLAR" mövzusuna həsr edilmiş buraxılışında meyxana ustasıMehman Əhmədli qonaq olub. O, məclislərin birində başına gəlmiş maraqlı hadisəni danışıb:
"Bir çeçen qonağımız gəlmişdi. Məni ona təqdim elədilər ki, bu Azərbaycanda məşhur meyxana deyəndi. O da dedi ki,mən meyxana dinləmək istəyirəm. Onu məclislərdən birinə etdik. Meyxana zamanı qafiyə "ək" şəkilçisi ilə bitirdi deyə, deyişmə zamanı meyxanaçılar ördək, eşşək və s. kimi sözlərdən istifadə edirdilər. Çeçen qonağımız dedi ki, meyxana budur? Bir-birilərinə belə sözlər deyirlər, camaat da bunlara pul verir?"
Verilişin digər qonaqları əməkdar artist Zakir Əliyev və bədii qiraətçi-şair Səbuhi Zaman da maraqlı söhbətləri və ifaları ilə tamaşaçıları heyran ediblər.
Verilişin layihə rəhbəri və aparıcısı müğənni Nizami Nikbindir.
Nəzərinizə çatdıraq ki, veriliş hər həftənin 2-ci günü saat 23:00-da efirə gedir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub