Son bir neçə günün müzakirə mövzusu xalq artistimiz Aygün Bayramovanın İran vətəndaşı olan Fəraməz Gərmrudi ilə ailə qurmasıdır.
BiG.AZ xəbər verir ki, xanəndə xanımın ötən gün toyu olub, o, 49 yaşında ilk dəfə, həyat yoldaşı F.Gərmrudi isə ikinci dəfədir nikah masasına əyləşib. F.Gərmrudinin ilk evliliyindən 3 qız övladı var.
Fəraməz Gərmrudi musiqiçidir və dəfələrlə Bakıda keçirilən konsertlərdə çıxış edib. 62 yaşlı bəy İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distribüteridir.
O, toy ərəfəsində Aygün Bayramovaya 2 milyon manatlıq mənzil hədiyyə edib.
Qeyd edək ki, xanəndə xanımın ailə qurması sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Hətta bəziləri Aygün Bayramovanın bir zamanlar ATV teleknalaında yayımlanan “Xalq ulduzu” layihəsində kuryoz vəziyyətə düşdüyü videosunu paylaşıblar.
Xatırladaq ki, xanəndə münsif kürsüsündə əyləşdiyi yarışmada səs tellərini “bizim instrumentimiz ətdəndir” deməklə, şərh etmişdi. Onun bu sözləri isə verilişin aparıcısı Zaur Baxşəliyevin gülüşünə səbəb olmuşdu. Belə olan halda isə Aygün xanım aparıcıya canlı yayımda, acıqlanmış, hətta onların arasında kiçik mübahisə də baş vermişdi.
Sözügedən arxiv videosunu oxucularımıza təqdim edirik:
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub