Azərbaycanın məşhur müğənnisi Röya “Qarabağ”ın futbolçusu Mahir Mədətovla şəklini paylaşıb.
Mynews.az xəbər verir ki, şəxsi “instagram” hesabında paylaşım edən əməkdar artist millimizin üzvü ilə olan xatirəsindən söz açıb: “O, mənim canımdır. Onu ilk dəfə görəndə 6 yaşı vardı. Uy da, qocaldıq. Maşallah olsun, mənim uğurum, alqışım və vuran ayağım. O, bizim “Qarabağ” futbol klubunun fravoritidir. Biz gənclərə inanmalıyıq”.
Qeyd edək ki, şəkil ötən gün dövlət başçısı İlham Əliyevin İslam Həmrəliyi Oyunlarında fərqlənən idmançılarımızla görüşü zamanı çəkilib.
Xatırladaq ki, İslamiadada U-23 millimizin heyətində çempion olan Mahir şou-biznes aləmində tanınan prodüser Anar Mədətovun oğludur.

1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub