Mynews.az Axşam.az-a istinadən dünya ulduzlarının ən çox nəyə pul xərclədiklərini təqdim edir:
Müğənni Meray Keri - Nyu-Yorkdakı 3 mərtəbəli evinin bir böyük otağında ayaqqabı kolleksiyası var. Mindən çox ayaqqabısı olan ifaçı onların bir cütünə azı min dollar xərcləyib.
Müğənni Rihanna - barbadoslu ifaçı Rihannanın qəribə xasiyyəti var. O, saç imicini tez-tez dəyişməyi sevir. Belə ki, sənətçi qısa, uzun, buruq, sarı, qara, qırmızı və sair kimi bir çox şəklə və rəngə salınmış saçlarına il ərzində 1 milyon dollardan çox pul xərcləyir.
Aktrisa Keti Holmes - aktyor Tom Kruzdan 6 yaşlı Suri adlı bir qızı var. Aktrisa bütün sərvətini ona xərcləyir. Belə ki, Surinin ayaqqabı kolleksiyasının 150 min, paltar dolabının isə 3-8 milyon dollar arası bir dəyərdə olduğu təxmin edilir.
Komediya aktyoru Cerri Seinfild - avtomobil kolleksiyası yığır. 61 yaşlı Cerri daha çox "Porsche"yə üstünlük verir. Onun o qədər avtomobili var ki, hətta, bir fabriki alıb qaraj elətdirib.
Basketbolçu Carles Barkley - qumar aludəçisidir. İdmançı bu günə qədər qumarda 10 milyon dollardan çox pul xərcləyib. O, daha çox qumarda 6 saata 2.5 milyon dollar itirməsi ilə tanınır.
Müğənni Selin Dion - Floridadakı 71 milyonluq evində 3 min ədəd ayaqqabısı var. Sənətçi dəyəri ən az 5 milyon olan ayaqqabılarını satmaq qərarına gəlib.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub