Əməkdar artist Elnarə Abdullayeva həyat yoldaşının ünvanına təriflər yağdırıb. "Qafqazinfo" xəbər verir ki, “APA TV”-nin “Show time” verilişinə qonaq olan xanəndə bildirib ki, həyat yoldaşı ona dəstəkdir:
“Yoldaşım mənim ağlıma bələddir. Məsləhətli iş görən adamam. Mən sevib ailə qurmamışam. Həyatımda romantika da olmayıb. Həyat yoldaşımgil elçi gələndə dedim ki, Allah rizası üçün kiməsə ərə getməliyəm də. İndiyə qədər də heç bir oğlan deyə bilməz ki, yanından keçib sənə söz atmışıq. Bu, heç vaxt mümkün deyil. Gündə bir oğlanla gəzsəydim, Allah belə həyat yoldaşını qabağıma çıxarmazdı. Dünyanın milyardını qarşıma düzsələr, həyat yoldaşımın çölə atılan dırnağına dəyişmərəm”.
Onu da əlavə edək ki, Elxan adlı bəylə ailə quran E.Abdullayevanın həmin evlilikdən bir qızı və bir oğlu var.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub